Qəzaya düşən sürücüdən etiraf Sükan arxasında yatmışdım REAL VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun 380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasında müəyyən edilib ki, “Mercedes” markalı, “77-DH-906” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasında yuxulaması səbəbindən idarəetməni itirərək avtomobili beton arakəsməyə çırpıb.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, baş vermiş bu qəza nəticəsində ölüm halının olmaması tamamilə təsadüfdür. Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm və ya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləri bağışlamır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasında həyati təhlükə yaradır.
Unutmayın: sükan arxasında bir anlıq yuxu – geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!


