Icma.az
close
up
RU
Qəzaya uğrayan təyyarə haqda sabiq konsuldan MARAQLI AÇIQLAMA

Qəzaya uğrayan təyyarə haqda sabiq konsuldan MARAQLI AÇIQLAMA

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

C130 hərbi karqo təyyarəsinə (tam adı Lockheed C-130 Hercules) ilk dəfə 2001-ci iln mart ayında minmişəm. Ankaranın Etimesgut hərbi aerodromundan Makedoniyanın Skopye şəhərinə uçurduq.

Bakıvaxtı.az bildirir ki, Musavat.com-un məlumatına görə, bunu jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı Baş Konsulu (2003–2006) İbrahim Nəbioğlu bildirib.

İ.Nəbioğlu ardınca qeyd edib: “Mən və operatorum Humay Vəliyevlə Skopyedən avtomobil yolu ilə Kosovaya, Priştinaya gedəcəkdik. Hərbi müxbir kimi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında akkreditasiya olub, Kosovada Beynəlxalq Hərbi Qüvvələrin (KFOR) tərkibində xidmət göstərən 25 azərbaycanlı əsgər harda reportajlar hazırlamalı idik…”

Jurnalist təyyarə barədə aşağıdakıları vurğulayıb:

“ABŞ-ın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal edilmiş dörd mühərrikli turboproplu hərbi nəqliyyat təyyarəsi təyinatında “nəqliyyat” olsa da, əsgərlərin uçması üçün çox sərt və komfortsuz bir uçaqdır. Zatən adı da üstündədir – Karqo təyyarəsi. Ancaq təyyarənin içi olduqca geniş, tavanı çox yüksək idi. Yalın divarlarına baxanda özümü Vyetnam savaşına gedən amerikan əsgəri kimi hiss etmişdim. Ancaq təyyarə Türk Ordusunun inventarında idi və bizimlə uçan türk zabitləri Türkiyədəki C130-ların motor və avionikasının modernləşdirildiyini deyirdilər. Skopye yaxın olsa da, hardasa iki saat uçduğumuz yadımdadır. O təyyarədən ağlımda qalan onun tavan yüksəkliyi idi.

Əlimdəki əsgəri “payok”dan bir sendviç çıxarıb, bir dəfə dişləyib kənara qoymuşdum. C130-un içinin nəhəng həcmi məni yaman vahimələndirmişdi.

Yanımdakı albaya bu qədər də iç həcmmi olar? deyəndə o gülümsəyərək: - Dünyanın ən etibarlı yük təyyarəsi bu uçaqlardır demişdi…”

Sabiq konsul Türkiyəyə məxsus eyniadlı hərbi təyyarənin dəhşətli qəzaya uğramasını təəssüflə qeyd edib: “Bu gün Bakıdan qayıdan C130 təyyarısinin Azərbaycan-Türkiyə sərhəddində qəzaya uğraması xəbərini eşidəndə təyyarənin o böyük həcmli boşluq gəldi gözümün önünə – O boşluq 20 türk hərbçisini dönüşü olmayan bir boşluğa sovurdu…

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri