Icma.az
close
up
RU
Qəzaya uğrayan təyyarədəki hərbçilər niyə paraşütdən istifadə etməyiblər? Hərbi ekspertdən AÇIQLAMA

Qəzaya uğrayan təyyarədəki hərbçilər niyə paraşütdən istifadə etməyiblər? Hərbi ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsi ötən gün Azərbaycandan uçuş zamanı Gürcüstan hava məkanında qəzaya uğrayıb. Yayılan görüntülərdə təyyarənin quyruq hissəsinin qopduğu və parçalanmış halda yerə düşdüyü görünür. Hazırda hadisənin səbəbləri üzrə bir neçə versiya - hava şəraiti, texniki nasazlıq, daxili partlayış və ya kənardan müdaxilə - müzakirə olunur, lakin təyyarənin yaşı və ilkin müşahidələr texniki problem ehtimalını daha yüksək göstərir.

Maraqlıdır, qəza zamanı ekipaj üzvləri və digər hərbçilər paraşütlə tullana bilməzdilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirdi ki, Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı bir çox məsələ araşdırılır və müxtəlif versiyalar nəzərdən keçirilir:

"Katapult yalnız döyüş təyyarələrində olur, yük və mülki təyyarələrdə katapult sistemləri yoxdur. Ona görə də pilotların katapult etməsi mümkün deyil, pilotlarda adətən yalnız şəxsi paraşütlər olur. Əgər təyyarədə qəfil yanğın baş verərsə və ya təyyarənin elektron sistemi sıradan çıxarsa, hündürlük və yanğının intensivliyindən asılı olaraq təyyarədəki şəxslərin paraşütdən istifadə edib-etməməsi şübhə altına düşür. Belə hallarda təyyarənin yüksəkdən yanaraq və parçalanaraq düşməsi paraşütdən uğurla istifadə edilməsini demək olar ki, mümkünsüz edir. Artıq "qara qutu"nun tapılması xəbər verilib və müxtəlif versiyalar müzakirə olunur. Təyyarənin yaşı da nəzərə alınarsa, hesab edirəm ki, qəzanın texniki problemlərdən, məsələn, mühərrikin yanmasından və ya elektron sistemin sıradan çıxmasından baş vermə ehtimalı daha yüksəkdir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri