Icma.az
close
up
RU
Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlir

Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlir

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gələ bilirlər. Onlar məqsədə çatana qədər mübarizə aparırlar.

“The İndependent” nəşri  xəbər verir ki, bununla bağlı ABŞ-da araşdırma aparılıb. Araşdırma nəticəsində qəzəblənmənin müəyyən vəziyyətlərdə daha uğurlu nəticələr əldə etməyə kömək ola biləcəyi ortaya çıxıb.

“Şəxsiyyət və Sosial Psixologiya” jurnalında dərc edilən araşdırmada alimlər mindən çox insanla eksperimentlər aparıblar. Eyni zamanda, tədqiqatçılar 1400-dən çox insan arasında keçirilən sorğunun məlumatlarını da təhlil ediblər. Qəzəbli insanlar nəticə əldə etmək üçün daha çox vaxt tələb edirdilər. Texas Universitetinin tədqiqatçıları bir təcrübədə tələbələrə qəzəb, istək, əyləncə, kədər kimi duyğuları oyatdığı bilinən şəkilləri göstəriblər. Daha sonra iştirakçılardan müxtəlif anaqramları (bir sözün hərflərini dəyişdirərək başqa bir söz yaratmaq) həll etmələri tapşırılıb. Təcrübənin sonunda qəzəbli insanların anaqramları həll edərkən digər emosional vəziyyətlərdə olan insanlardan daha yaxşı həll etmələri müşahidə edilib. Digər tərəfdən, asan anaqramlarda heç bir fərq görülməyib. Tədqiqatçılar, həmçinin qəzəblənənlərin çətin anaqrammaların həllinə daha çox vaxt sərf etdiyini müşahidə ediblər. Başqa bir təcrübədə əsəbi iştirakçılar video oyununda bayraqlardan qaçmaqda digərlərinə nisbətən daha yaxşı olublar.

Alimlər 2016 və 2020-ci illərdə ABŞ prezident seçkiləri zamanı aparılan sorğuları da təhlil ediblər. Seçkidən əvvəl iştirakçılardan sevimli namizədlərinin qalib gəlmədiyi təqdirdə nə qədər qəzəblənəcəklərini qiymətləndirmələri istənilib. Seçkilərdən sonra onlardan kimə səs verdikləri və seçkiyə gedib-getmədikləri soruşulub. Dəstəklədiyi namizədin qalib gəlmədiyi təqdirdə qəzəblənəcəyini bildirənlərin növbəti seçkilərdə daha çox seçkiyə getdiyi müşahidə olunub.

Araşdırmanın aparıcı müəllifi professor Heather Lenchin sözlərinə görə, tədqiqatın nəticəsi göstərir ki, qəzəb məqsədə çatmaq üçün səyləri artırır və uğura aparır. Araşdırmada müsbət emosiyaların mənfi duyğulara üstünlük verildiyi ifadə edilib. Bununla belə, araşdırmada neqativ emosiyaların bəzi məqamlarda fürsətə çevrilə biləcəyi və təsirli nəticələr yarada biləcəyi də vurğulanıb. (AzərTac)

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri