Qəzənfər Abbasov: Məğlubiyyətə əsas səbəb hücumda dişsiz olmağımız oldu
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Quba" ilə oyun çox ağır keçdi. Rəqib əzmkar mübarizə apardı. Oyun boyu üstünlük bizdə olsa da, qubalılar qol imkanlarından maksimum yararlanıb, qələbə qazandılar. Onları təbrik edirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"nın yeni baş məşqçisi Qəzənfər Abbasov deyib.
Gənc mütəxəssis komandasının İkinci Liqanın ilk turunda "Quba"ya məğlubiyyətini şərh edib:
"Məğlubiyyətə əsas səbəb hücumda "dişsiz" olmağımız oldu. Əlimizə düşən qol fürsətlərindən yararlana bilmədik. Ümumilikdə məğlub olsaq da, komandam yaxşı oyun nümayiş etdirdi. Dediyim kimi, narazı qaldığım məqam hücumçuların qol şanslarını boşa verməyi idi. Rəhbərlik komandanın qarşısına yalnız çempionluq məqsədi qoyub. Biz də əlimizdən gələnin ən yaxşısını edib, onların etimadını doğruldacayıq. İlk turda uduzmaqla heç nə bitmir. Qarşıda çoxlu turlar var, çempionluq yarışında biz də olacağıq. Transfer məsələsi bitib, əlavə futbolçuya ehtiyac yoxdur. İlk dövrə bitəndən sonra 2-3 futbolçu lazım olacaq".
Qeyd edək ki, "Quba" "Qaradağ Lökbatan" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















