Icma.az
close
up
RU
“Qəzetləri bağlamayaq, onları yeni formatda gücləndirək ən doğru yol budur”

“Qəzetləri bağlamayaq, onları yeni formatda gücləndirək ən doğru yol budur”

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Mətləb Salahov: "Qəzetdə dərc edilən bircə aktual və analitik yazı yüzlərlə sayt xəbərinin effektliyini üstələyir"

"Son günlər Azərbaycanda çap mediasının fəaliyyətinin dayandırlacağı barədə açıqlama və müzakirələr hər gün artmağa başlayıb. Əlbəttdə, buna səbəb MEDİA tərəfindən qəzetlərə yalnız həftədə bir dəfə nəşr olunmaları üçün maliyyə ayrılacağı barədəki fikirlərdir. Bu açıqlama çap mediası üçün şok effekti yaradıb. Çünki uzun illərdir ki, dövlətin maliyyə dəstəyi ilə nəşr olunan əksər qəzetlər birdən birə ilin sonunda belə vəziyyətlə qarşılaşırsa o zaman bu qərara hazırlıqsız yaxalanan çap mediasının hazırkı şok vəziyyətini təsəvvür etmək çətin deyil.”

Bu fikirləri SİA-ya açıqlamasında journalist-ekspert Mətləb Salahov deyib. M.Salahov qeyd edib ki, yüzlərlə jurnalistin sözün əsl mənasında anidən çörəksiz və qəzetsiz qalmaqla üz-üzə durması xoşagələn mənzərə deyil. Çünki yüzlərlə jurnalistin birdən-birə işsiz qalması həm də onların ailələrinin maddi yaşam vəziyyətinə birbaşa təsir edən prosesdir.
“Gələk əsas məsələyə. Əvvəla, neçə illərdir ki, dövlətin dəstəyi ilə nəşr olunan çap mediası barədə qərar qəbul olunursa, bu aylar öncə elan olunmalı, qəzetlər və jurnalist kollektivləri buna hazırlıqlı olmalı idilər. Birdən-birə çap mediasına maliyyə dəstəyini dayandırmaq qəzetləri yox olmaqla üz-üzə qoymaq deməkdir. Digər baxımdan çap mediasının təkmilləşdirilməsi, zamanın tələblərinə uyğun yeni fəaliyyət sisteminə keçirilməsi üçün plan hazırlanmalı idi ki, nə qəzetlər bağlanmaq təhlükəsi qarşısında qalsın, nə də redaksiyalarda çalışan olduqca təcrübəli jurnalist heyətləri işsizlik qorxusu yaşasın.
Unutmayaq ki, sosial şəbəkə və onlayn media nə qədər hökmranlıq etsə də qəzetlərin öz oxucu auditoriyası və funksiyası var. Qəzetdə dərc edilən bircə aktual və analitik yazı yüzlərlə sayt xəbərinin effektliyini üstələyir. Bir neçə gün öncə əksər saytlara və onlayn mediaya giriş bağlandı, saytlardakı əksər video materiallar silindi. Bu, əslində çap mediasının tarix və cəmiyyət üçün önəmi baxımından gözəl xəbərdarlıq oldu.
Çap mediasını bir qərarla taleyin ümidinə buraxmaq asan məsələdir. Lakin onu yaşatmaq, yeni formatda gücləndirmək ən ideal və məntiqli yoldur. Çap mediasına reklam bazarı tapmaq, özünün ayaq üstündə durması, iqtisadi müstəqillik qazanması üçün dəstək göstərmək hazırda ən ündə məsələdir. Çünki bu qəzetlər illərdir ki, dövlətin dəstəyi ilə fəaliyyət göstəriblər, amma bu proses dayandırılırsa o zaman bu o deməkdir ki, ən azı onlarla təcrübəli jurnalist də işsiz-gücsüz qalacaq. Nəzərə alsaq ki, bu adamlar muzdlu fəhlə deyillər və istənilən qaranlıq qüvvənin yüksək maaş müqabilində “ovuna” çevrilə bilərlər, o zaman vəziyyətin dramatikliyi daha aydın görünür. Çünki aclıq və işsizlik ən pis sınaqdır.
Dünyanın aparıcı ölkələrində fəaliyyət göstərən qəzetlər artıq oxucu ilə kontaktı yeni müstəviyə daşıyırlar, innovativ imkanlardan istifadə edirlər. Unutmayaq ki, peşəkar jurnalistlər heç bir halda süni intellektə məğlub ola bilməz. Jurnalistlərin yaradıcı imkanları, birbaşa ünsiyyət imkanlarını “Chatgpt” əvəzləyə bilməz. Mən əminəm ki, MEDİA Agentliyi bu məsələ barədə ən ideal çıxış yolu və plan hazırlayacaq”.
Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri