Qəzza ilə bağlı Azərbaycanda bayraqların yarıya endirilməsi xəbərləri yalandır
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəzi sosial şəbəkə hesablarında 7 oktyabrda Qəzzada baş verənlərlə əlaqədar Azərbaycanda bayraqların yarıya endirildiyi barədə paylaşımlar dezinformasiya xarakteri daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, məqsəd Azərbaycanı Fələstin əleyhdarı kimi göstərmək, ictimai rəyi aldatmaq, Türkiyə–Azərbaycan münasibətlərinə xələl gətirmək və ölkənin nüfuzuna zərər vurmaqdır.
Qeyd olunub ki, bu cür əsassız iddialar Türk-İslam dünyasında həmrəyliyi zəiflətməyə, eyni zamanda, Fələstin xalqına qarşı davam edən soyqırımı kölgələməyə yönəlmiş planlı təbliğatın tərkib hissəsidir: “Rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanılmaması və ictimaiyyətin yalnız etibarlı qurumların açıqlamalarına diqqət yetirməsi vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















