Qəzza: Qırmızı Xaç vasitəsi ilə İsraildən 45 fələstinlinin cəsədini aldıq
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Qəzza hökuməti bəyan edib ki, Qəzza zolağında atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində 45 fələstinlinin cəsədi Beynəlxalq Qırmızı Xaç (BQXK) qrupları vasitəsilə İsraildən alınıb.
Turkustan.az xəbər verir ki, hökumətin mətbuat xidmətinin direktoru İsmayıl əl-Sevabite AA müxbirinə verdiyi açıqlamada hadisələrlə bağlı məlumat verib.
"45 şəhidin cənazəsi Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser Xəstəxanasında qəbul edildi" deyən Sevabite, İsrail tərəfindən saxlanılan cənazələrin Qırmızı Xaç qrupları vasitəsilə qəbul edildiyini bildirib.
Sevabite məlumat verib ki, fələstinlilərin cəsədləri yaxınları tərəfindən tanındıqdan sonra dəfn üçün lazımi hüquqi prosedurlara başlanılacaq.
Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasına əsasən, HƏMAS təhvil verilən hər israilli məhbus müqabilində İsrail tərəfindən saxlanılan 15 fələstinlinin cəsədini qaytarmalı idi.
İsrail ordusu oktyabrın 13-də HƏMAS-a təhvil verilən 4 cəsədin üçünün israillilərə, birinin isə Nepal vətəndaşı Bipin Coşiyə aid olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Oktyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















