Qəzza sövdələşməsinin ikinci mərhələsi üzrə danışıqlar bu tarixdə başlayacaq
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff fevralın 3-də Vaşinqtonda Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb.
“Netanyahu bu axşam Vitkoff ilə danışıb. Tərəflər gələn bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşdə girovlarla bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlanacağı barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Ofis əlavə edib ki, danışıqlar tərəflər arasında razılaşmada nəzərdə tutulduğu kimi Qəzzada atəşkəsin 16-cı günündə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Fevral 2025 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















