Icma.az
close
up
RU
Qəzza Türkiyəyə birləşdiriləcək? AK Partiyadan REAKSİYA

Qəzza Türkiyəyə birləşdiriləcək? AK Partiyadan REAKSİYA

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin sabiq baş naziri və xarici işlər naziri, hazırda müxalifətdə olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu parlamentdəki çıxışı diqqətçəkib. Belə ki, o, Qəzza ilə bağlı xüsusi təkliflə çıxış edib.

"İndi bir türk olaraq, Osmanlı İmperiyasına tabe olan bir türk kimi Trampa deyirəm ki, Qəzza xalqının son qanuni dövləti Osmanlı İmperiyasıdır. Bundan sonra Britaniya mandatı quruldu və vətəndaşlıq vermədi. Osmanlı İmperatorluğunun qanuni davamçısı olan Türkiyə Cümhuriyyəti olaraq Qəzzə xalqı bizim təbii tarixdaşımız və vətəndaşımız kimi referendum keçirməlidir. Və Fələstin Dövləti qurulana qədər Türkiyə Respublikasına muxtariyyat kimi  birləşməlidir!",-o deyib

Bəs Əhməd Davudoğlunun bu təklifi Türkiyənin hakim partiyası tərəfindən nəzərdən keçirilə bilər?

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) funksioneri, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Türkiyə hökumətinin belə bir məqsəd və məramı yoxdur:

"Belə bir şey olmaz. Qəzza fələstinlilərindir. Biz Fələstinin müstəqilliyini dəstəkləyirik. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da, dəfələrlə deyir ki, biz 1967-ci ildə qəbul olunan sərhədlərə uyğun paytaxtı Şərqi Qüds olan Fələstin dövləti Türkiyənin dəstəklədiyi həll yoludur. Kimsə çıxıb belə bir fikir bildirir. Amma bu, baş tutmaz. Türkiyənin torpaqları özünə kifayət edir. Başqasının torpaqlarında gözümüz yoxdur. Belə addımlar  sülhə xidmət etməz".

Ş.Ayrım Qüdsdən fələstinlilərin köçürülməsi ilə bağlı çıxışına da münasibət bildirib:

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan da çıxışında bildirdi ki, Qəzza fələstinlilərə aiddir. Oradan insanları kökündən qazımaq asan deyil. Ancaq soyqırımı həyata keçirilsə, bu, mümkün olar. Donald Tramp bu çıxışı təzə edib. Oranı cazibə mərkəzinə çevirəcəyini söylədi. Belə edəcəklərsə belə, fələstinlilər qalsın digər tərəfləri cazibə mərkəzinə çevirsinlər. Amma o insanları oradan sürmək olmaz. Misir və bir neçə ölkənin də bu istiqamətdə çıxışları olub. Tramp bu məsələni ortaya atdı. İndi nəbz yoxlayırlar. Qəti surətdə biz Fələstinin yanındayıq. Bu qətliamlar başladıqdan bəri Fləstinin yanındayıq. Hazırda biz region, xüsusilə də islam dövlətlərinin dəstəyi ilə  bunun baş tutmayacağını göstərəcəyik. Allah bizi sülhdən ayırmasın".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri