Icma.az
close
up
RU
Qəzzada 471 gündən sonra ilk bombardmansız səhər

Qəzzada 471 gündən sonra ilk bombardmansız səhər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi haqqında razılaşma dünən yerli vaxtla saat 11:15-də qüvvəyə minib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, atəşkəsin qüvvəyə minməsi ilə İsrail ordusunun Qəzza zolağına 471 gündür davam edən hücumları dayanıb. Qəzzalılar 15 aydan çox müddətdə ilk dəfə olaraq bir gecəni bomba və partlayış səsləri olmadan keçirə bildilər.

Qəzzada yaşayan fələstinlilər İsrail hücumları olmadan keçirdikləri ilk gecəni sosial şəbəkədə paylaşıblar.

Yusuf Həməda adlı qəzzalı sosial şəbəkədə: "Qəzza uşaqlarının qorxusuz və bombardmansız yatdığı ilk gecə. Allaha şükürlər olsun", - deyə qeyd edib.

İsrailin hücumları nəticəsində Qəzzada təxminən 17 841 uşaq və 12 298 qadın olmaqla 46 913 fələstinli həyatını itirib. Bu hücumlarda ölən fələstinlilər qohumları və ya mülki müdafiə qrupları tərəfindən qeydə alınaraq dəfn olunmaq üçün yerli xəstəxanalara gətirilib.

Həyatını itirən fələstinlilər dəfn edilməzdən əvvəl xəstəxana morqlarında saxlanılıb. Oktyabrın 7-də İsrailin hücumları başlayandan bəri Qəzzada minlərlə insan bu morqların qarşısında öz yaxınları üçün yas tutub.

Jurnalist Əbu Bəkr Abid: "İsrailin hücumlarının dayandırılması ilə oktyabrın 7-dən bəri ilk dəfə olaraq fələstinlilər bu gecə yaxınlarından partlayış səslərinə oyanmadan və xəstəxana morqlarında gözləməli olmadılar", - deyə Qəzzanın mərkəzində yerləşən Əqsa xəstəxanasının meyitxanası qarşısında lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb.

Abid Aksa xəstəxanasının meyitxanasının bağlı olduğunu bildirib. “Oktyabrın 7-dən bəri xəstəxananın meyitxanasının bağlanması ilk dəfədir. Artıq can itkisi, daha səfalət, daha cəsədlər və yerə axıdılan qan yox idi. Bu dəhşətli səhnələr artıq yoxdur”,- deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri