Icma.az
close
up
RU
Qəzzada aclıqdan ölənlərlə bağlı qalmaqallı hesabat: “Xroniki xəstə idilər”

Qəzzada aclıqdan ölənlərlə bağlı qalmaqallı hesabat: “Xroniki xəstə idilər”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsrail ordusunun Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiyası Bölməsi (COGAT) qalmaqallı bir açıqlama verib.

“Cebheinfo.az” xəbər verir ki, qurum HƏMAS-ın aclıq və qida çatışmazlığından ölən fələstinlilərin sayını şişirtdiyini bildirib. COGAT-ın iddiasına görə, ölənlərin əksəriyyəti əvvəldən mövcud sağlamlıq problemləri olan şəxslərdir. 

COGAT qeyd edib ki, İsrailli təhlükəsizlik rəsmiləri və tibb mütəxəssisləri Qəzzadakı aclıq iddialarını araşdırıb. Bunun HƏMAS tərəfindən İsraili nüfuzdan salmaq və siyasi divident əldə etmək məqsədilə təşkil olunmuş kampaniyanın bir hissəsi olduğu qənaətinə gəliblər. Hesabatda qida çatışmazlığından öldüyü iddia edilənlərin çoxunun sağlamlıqlarının pisləşməsinə səbəb kimi mövcud tibbi xəstəliklərin olduğu qeyd olunub. Lakin bu iddiaların yer aldığı hesabat tam şəkildə ictimaiyyətlə açıqlanmayıb. Qəzza Hökumətinin Media Ofisi isə COGAT-ı beynəlxalq təşkilatlar tərəfindən sənədləşdirilmiş, Qəzzadakı fələstinlilərin sistemli şəkildə aclığa məhkum edilməsini ört-basdır etməyə cəhd göstərməkdə ittiham edib. Açıqlamada vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar, genişmiqyaslı blokada və yardım girişinə qoyulan məhdudiyyətlər səbəbindən aclıq və dərman çatışmazlığı ucbatından çoxsaylı ölüm faktlarını qeydə alıblar. İsrailin aclıqdan ölən mülki şəxsləri “xroniki xəstə” kimi təqdim etməsi isə rədd edilib.

Xatırladılıb ki, xəstələr qida, tibbi yardım və dərmana ehtiyac duyurlar. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrailin Qəzzaya endirdiyi hücumlarda, o cümlədən yardım axtaran 31 nəfər olmaqla, azı 89 fələstinli həyatını itirib, 513 nəfər isə yaralanıb. Dünən ikisi uşaq olmaqla daha 5 nəfər aclıqdan ölüb. Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 103-ü uşaq olmaqla 227 nəfərə çatıb.

Bununla yanaşı, Qəzza şəhərini işğala hazırlaşan İsrail Baş naziri Binyamin Netanyahu, HƏMAS ilə Qəzzada qismən atəşkəs və əsir mübadiləsi barədə aparılacaq danışıqlara qapını bağladıqlarını bildirib. İsrailin “I24” telekanalına danışan Netanyahu, qismən əsir mübadiləsi ehtimalı ilə bağlı suala, “Prezident Trampı eşitdiniz. Düşünürəm ki, bu məsələ artıq keçmişdə qaldı” cavabını verib. ABŞ-nin İsraildəki səfiri Mike Huckabee də Qəzzada yaşanan aclıqla bağlı çıxışında bölgədəki ərzaq böhranının səbəbi kimi İsrailin blokadasını deyil, HƏMAS-ın bazarı nəzarətdə saxlama cəhdlərini göstərib. O, HƏMAS üzvlərinə işarə edərək, “Onların heç biri ac deyil. İstəsələr yemək əvəzinə “Ozempic” istifadə edə bilərlər” deyib. Huckabee, HƏMAS üzvlərinin “kilolu” olduğunu və Qəzzadakı humanitar vəziyyəti vecinə almadığını iddia edib.

İsrail tərəfi isə bölgəyə göndərilən humanitar yardımların HƏMAS tərəfindən ələ keçirildiyini bildirir. Qeyd edək ki, iynə formasında olan “Ozempic” dərmanı əsasən diabet xəstəliyinin müalicəsində istifadə olunur, son illərdə isə arıqlamaq üçün də məşhurdur.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri