Icma.az
close
up
RU
Qəzzada atəşkəsin elan ediləcəyi günü bütün dünya birliyi səbrsizliklə gözləyir

Qəzzada atəşkəsin elan ediləcəyi günü bütün dünya birliyi səbrsizliklə gözləyir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Qəzzada müharibəyə son qoymaq və İsrail-Fələstin münaqişəsini həll etmək üçün ötən gün ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif və elan olunmuş Hərtərəfli Nizamlama Planı demək olar ki, bütün tərəfləri tam qane edə biləcək məzmunda hazırlanıb. Ağ Ev administrasiyasının "X" sosial şəbəkə səhifəsində dərc olunmuş bu sənəd 20 bənddən ibarət real sülh planıdır. Trampın təklif etdiyi plan Qəzzada qan tökülməsinə son qoymaq üçün həqiqətən də real imkan yaradır.
Mediada "Tramp planı" adlandırılan bu sənəd Qəzza sakinlərinin harasa məcburi köçürülməsini qətiyyən nəzərdə tutmur. Sənəddə bildirilib ki, "heç kim Qəzzanı tərk etməyə məcbur edilməyəcək və getmək istəyənlər bunu etməkdə sərbəst olacaq. Biz insanları qalmağa təşviq edəcək və onlara Qəzzada daha yaxşı həyat qurmaq imkanı verəcəyik". Trampın təklif etdiyi bu planda, həmçinin Qəzza zolağının İsrail tərəfindən işğalının və ya ilhaqının nəzərdə tutulmadığı da açıq şəkildə qeyd olunub. Plana əsasən, İsrail ordusunun ABŞ və digər zəmanətçilərin müəyyən etdiyi cədvələ uyğun olaraq bölgədən çıxarılması nəzərdə tutulur.
Rəsmi Bakı Trampın Qəzzada müharibənin dayandırılması üçün təklif etdiyi sözügedən həll planını alqışlayıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib ki, məhbusların və girovların mübadiləsi, əhalinin humanitar ehtiyacların qarşılanması uzun müddətli sabitləşmə və siyasi həll yolunda etimadın qurulması və gərginliyin azaldılması üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan XİN-in məlumatında həmçinin o da qeyd olunub ki, yalnız dialoq və xoş niyyət vasitəsilə, mərkəzində iki dövlətli həllin olduğu uzun müddətli razılaşmaya nail olmaq mümkündür.
Beləliklə, dünyanın əksər ölkələri kimi Azərbaycan da "iki dövlətli həll yolu" modelini dəstəkləyir. Bu, hazırkı məqamda beynəlxalq hüquqa və ədalət anlayışına uyğun gələn ən əlverişli modeldir. Yəhudilərin və fələstinlilərin dinc qonşuluq şəraitində yaşamaları mümkündür. Bunun üçün bu gün ilk növbədə İsrailin Qəzzaya qarşı qanlı hərbi əməliyyatları dərhal dayandırması və HƏMAS-ın da yəhudi girovları yubanmadan azad etməsi lazımdır. Hər iki tərəf qarşılıqlı etimadın yaranması üçün iradə nümayiş etdirməlidir.
Qəzzada atəşkəsin elan ediləcəyi günü bütün dünya birliyi səbrsizliklə gözləyir. Yaxın və Orta Şərqdə dayanıqlı sülh və sabitliyin bərqərar olması Azərbaycanın da maraqlarına uyğundur. Trampın təklif etdiyi plan bölgədə yeni dövrün başlanması üçün zəmin yaradır. Qəzzanın bərpası və yenidən qurulmasında digər müsəlman ölkələri kimi Azərbaycan da yaxından iştirak edə bilər. Suriyadakı uğurlu humanitar fəaliyyət təcrübəmiz də bunu əminliklə deməyə əsas verir. Azərbaycan hər zaman "Yurdda sülh, cahanda sülh"ün tərəfdarı kimi çıxış edir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Sentyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri