Qəzzada Fələstin hökuməti: Aclıq getdikcə şiddətlənir və İsrail soyqırıma davam edir
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Qəzzadakı Fələstin hökumətinin media ofisindən verilən yazılı açıqlamada Qəzzada qıtlığın getdikcə pisləşdiyi və fələstinli mülki vətəndaşlar üçün nəzərdə tutulan yardımın qarşısının alındığı bildirilib.
Açıqlamada, "Qıtlıq 1 milyon 100 mini uşaq olmaqla 2 milyon 400 insanı əhatə edir. Ərəb ölkələrinin və beynəlxalq ictimaiyyətin susqunluğu səbəbindən bu günə qədər 87-si uşaq olmaqla 133 nəfər aclıqdan ölüb" ifadəsi işlədilib.
Açıqlamada həmçinin 73 yardım maşınının Qəzzanın şimal və cənubuna daxil olduğu bildirilib: "Yardımların böyük hissəsi İsrail qüvvələrinin və pilotsuz təyyarələrinin nəzarəti altında talan edilib və oğurlanıb. İsrail qüvvələri xaos və aclıq siyasətinin bir hissəsi olaraq yük maşınlarının paylama anbarlarına çatmasının qarşısını açıq şəkildə almağa çalışır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 28 İyul 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















