Icma.az
close
up
RU
Qəzzada müharibə nə vaxt sona çatacaq? Danışıqların detalları

Qəzzada müharibə nə vaxt sona çatacaq? Danışıqların detalları

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəzza zolağında atəşkəsə dair Qətərdə davam edən danışıqların iştirakçıları artıq sazişin detallarını müzakirə etməyə keçiblər.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində deyib. “Hazırda danışıqlar aparan tərəflər razılaşmanın nüanslarını müzakirə etmək səviyyəsindədir. Başqa sözlə desək, onlar artıq İsraildə fələstinli məhbusların və azad ediləcək girovların sayını, mübadilə qrafikini və mübadilə üçün vaxt məsələsini, eləcə də İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağı bölgələrindən çıxarılmasının dəqiq təfərrüatlarını müzakirə edirlər”, – deyə o bildirib.

ABŞ prezidenti Co Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani isə telefon danışığı zamanı İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovlar haqqında razılaşmaya dair yaxın təmasların və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

“Haaretz” qəzeti isə yazır ki, İsrail və HƏMAS ilkin olaraq 33 girovun azad edilməsini nəzərdə tutur. Qəzetin yazdığına görə, ilk mərhələdə hərəkat üzvləri qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcək. “Kan” radiosunun məlumatına görə, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır.

HƏMAS hərəkatı isə İsraildən 2024-cü ilin oktyabrında Qəzza zolağında öldürülən Yəhya Sinvarın cəsədini geri qaytarmağı tələb edib. “Al Hadath” telekanalının yayadığı  məlumata görə, HƏMAS üzvləri Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrailə aparılan Sinvarın cənazəsini qaytarmaq istəyirlər. “Ynet” portalı isə öz mənbələrinə istinadən İsrailin Sinvarın cəsədini geri qaytarmaq istəmədiyini yazıb.

Bu arada Misirin paytaxtı Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqların bir neçə yeni mərhələsi keçiriləcək. “Əl-Qahira əl-İxbəriyyə” telekanalının məlumatına görə, məsləhətləşmələr zamanı tərəflər sövdələşmənin yekun detalları barədə məhz Qahirədə razılığa gələcəklər. “İsrail və HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilik edən həm Misir, həm də Qətər Qəzzada ən qısa zamanda atəşkəs sazişinin bağlanması üçün hər cür səy göstərir”, – deyə telekanal bildirib.

AzPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Yanvar 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri