Icma.az
close
up
RU
Qəzzada müvəqqəti qəbir yerləri: onları hələ bir də dəfn edəcəklər

Qəzzada müvəqqəti qəbir yerləri: onları hələ bir də dəfn edəcəklər

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Müvəqqəti qəbir yerləri. Qulağa qəribə gəlir elə deyilmi? Amma təəssüf ki, bu gerçəkdir. İsrail-Fələstin münaqişəsində Qəzza sektorunda belə qəbirlər həddən atıq çoxdur. Təsəvvür edin ki, insanlar yaxınlarını müvəqqəti bir yerə əmanət edir, onları əslində sonra dəfn edəcəklər, bu da qismət məsələsidir.

Lent.az “Al Jazeera”ya istinadən xəbər verir ki, müstəqil və elmi araşdırmaların nəticəsinə görə, Qəzzada ölənlərin sayı 75 000-dən çoxdur, bu rəqəm əvvəllər açıqlanan rəsmi statistikalardan xeyli yüksəkdir.

Dünya üzrə nüfuzu olan tibbi jurnal “The Lancet Global Health”də dərc olunan “Gaza Mortality Survey (GMS)” adlı araşdırma göstərir ki, 7 oktyabr 2023-dən 5 yanvar 2025-ə qədər 75 200-dən çox ölüm baş verib, bu da Qəzzanın müharibədən əvvəlki 2,2 milyon əhalisinin təxminən 3,4 %-ni təşkil edir. Bu rəqəm Fələstin Səhiyyə Nazirliyinin eyni dövr üçün açıqladığı 49 090 ölüm göstəricisindən təxminən 34,7 % daha yüksəkdir.

Araşdırmada qadınlar, uşaqlar və yaşlılar ümumilikdə ölənlərin 56,2 %-ni təşkil edir ki, bu da rəsmi məlumatların demoqrafik tərkibi ilə oxşar səviyyədədir.

Elmi araşdırma müəllifləri qeyd edirlər ki, rəsmi qeydlər müharibənin ekstremal şəraiti altında aparıldığı üçün ölü sayını aşağı göstərir və həqiqi itkilər bu göstəricilərin alt hüdudu (minimumu) kimi qəbul olunmalıdır.

Ölüm sayının müəyyənləşdirilməsində çətinliklər

Mütəxəssislər Səhiyyə Nazirliyinin hesabatlarına baxmayaraq, xəstəxana və inzibati strukturların dağılması, nəfəs alma vəziyyətinin pisləşməsi, qidalanma çatışmazlığı və qeyri-sabit şərait kimi səbəblərə əsasən ölüm hallarının tam şəkildə sənədləşdirilməsinin çətinləşdiyini vurğulayırlar. Tədqiqatda qeyri-zorakı və bununla əlaqəli səbəblərdən baş verən təxminən 16 300 əlavə ölüm olduğunu da qeyd edilib.

Sağ qalmaq və tibb problemləri

Tədqiqat göstərir ki, müharibə nəticəsində Qəzza səhiyyə sistemi ciddi şəkildə sıradan çıxıb və minlərlə yaralı insan üçün tibbi xidmət təmin etmək demək olar ki, mümkün deyil. Bir başqa modelə görə, 2025-ci ilin aprel ayına qədər 116 020 müxtəlif xəsarət qeydə alınıb və tibb infrastrukturu bu yükü daşımağa çatmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri