Qəzzada ölənlərin son sayı AÇIQLANDI
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən ilin oktyabrında anklavda İsrailin hərbi əməliyyatları başlayandan bəri nəticədə Qəzza zolağında 43 min 800-dən çox fələstinli həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin Telegram kanalında yayımladığı xülasədə deyilir: "2023-cü ilin oktyabr ayından Qəzzada İsrail qurbanlarının sayı 43 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb".
Departament qeyd edib ki, son 24 saat ərzində Qəzzada İsrailin bombardmanları və atəşi nəticəsində 47 fələstinli həlak olub, daha 139 nəfər yaralanıb.

Qəzzada ölənlərin sayı AÇIQLANDI
21 Noyabr 2024 15:59

