Qəzzada ölü və yaralıların ümumi sayı 150 minə yaxınlaşır
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində 43,5 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 43 min 508-ə yüksəlib, daha 102 min 684 nəfər yaralanıb”, - Nazirliyin məlumatında deyilir.
Qeyd olunub ki, İsrailin bombardmanları nəticəsində təkcə son 24 saat ərzində Qəzzada 39 fələstinli həlak olub, daha 123 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) Qəzza zolağında öldürülənlərin təxminən 70%-nin qadın və uşaqlar olduğunu bəyan edən hesabat yayıb.
Bu mövzuda digər xəbərlər:Qəzzada ölü və yaralıların ümumi sayı 230 minə çatır
14 Sentyabr 2025 16:32
Qəzzada ölü və yaralıların ümumi sayı 152 minə çatır
16 Dekabr 2024 17:33
Qəzzada ölü və yaralıların ümumi sayı 235 minə çatır
28 Sentyabr 2025 15:55
Qəzzada ölü və yaralıların ümumi sayı 166 mini ötüb
08 Aprel 2025 17:07
Qəzzada ölü və yaralıların ümumi sayı 170 mini keçib
01 May 2025 13:15
Baxış sayı:121
Bu xəbər 08 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















