Icma.az
close
up
RU
Qəzzada onların cəsədləri kütləvi məzarlıqdan çıxarıldı FOTO

Qəzzada onların cəsədləri kütləvi məzarlıqdan çıxarıldı FOTO

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəzza zolağının cənubunda səkkiz Qızıl Aypara tibb işçisinin və digər fələstinli xilasedicilərin cəsədləri kütləvi məzarlıqdan çıxarılıb. Onlar bir həftədən çoxdur itkin düşmüşdülər.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

“Cəsədlər dayaz bir məzara atılıb – bu, insan ləyaqətinin kobud şəkildə pozulmasıdır”, – BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini “X” sosial şəbəkə hesabında bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bazar günü gecə verdiyi açıqlamada tibb işçilərinin öldürülməsindən “dəhşətə gəldiyini” bildirib.

“Onların cəsədləri bu gün müəyyən edildi və şərəfli şəkildə dəfn olunmaq üçün çıxarıldı. Bu işçilər və könüllülər başqalarına kömək etmək üçün öz həyatlarını riskə atırdılar”, – açıqlamada deyilir.

İsrail ordusu verdiyi açıqlamada 23 martda tibb və yanğınsöndürmə avtomobillərinin xəbərdarlıq işıqları və fövqəladə siqnalları olmadan bir mövqeyə yaxınlaşdığını və əsgərlərin bu nəqliyyat vasitələrinə atəş açdığını bildirib. İsrail iddia edib ki, hücum nəticəsində HƏMAS və İslami Cihad döyüşçüləri öldürülüb.

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında tibb obyektləri və təcili yardım maşınları da daxil olmaqla mülki infrastrukturdan terror məqsədləri üçün təkrar istifadəni qınayır”, – ordunun bəyanatında deyilir.

Xatırladaq ki, daha əvvəl HƏMAS İsraili tibb işçilərini və xilasediciləri öldürməklə ittiham etmişdi.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri