“Qəzzada qıtlıq səbəbindən ərzaq qiymətləri 10 dəfədən çox artıb” BMT
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Qəzza zolağında əsas ərzaq məhsullarının qiymətləri ərzaq böhranı səbəbindən 1000% artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
“Qəzzada ərzaq böhranı kəskinləşdikcə, əsas ərzaq məhsullarının qiymətləri döyüşdən əvvəlki səviyyələrlə müqayisədə 1000%-dən çox artıb”, - hesabatda deyilib.
Sənəddə qeyd edilib ki, buğda unu və yanacaq çatışmazlığı səbəbindən Qəzzanın mərkəzindəki bəzi çörək zavodları son günlər vaxtaşırı fəaliyyətini dayandırıb. Çörəyin həyati bir məhsul olduğu vurğulanır, çünki anklavın bir çox sakinləri üçün bu, yeganə qidadır.
Hesabatda həmçinin qeyd olunub ki, anklavın şimal hissəsində, o cümlədən Qəzza şəhərində yemək qazının kəskin çatışmazlığı səbəbindən sakinlər tullantılardan yanacaq kimi istifadə etmək məcburiyyətində qalır və bu da tənəffüs yoluxucu infeksiyaların yayılması riskini artırır.
Bu mövzuda digər xəbərlər:BMT: Qəzzada qıtlıq səbəbiylə ərzaq qiymətləri 10 dəfədən çox artıb
30 Noyabr 2024 08:59
Qəzzada qıtlıq səbəbiylə ərzaq qiymətləri 10 dəfədən çox artıb AzPolitika onlayn siyasiictimai qəzet
30 Noyabr 2024 10:09
BMT: Qəzzada qıtlıq şiddətlənir VİDEO
30 Sentyabr 2025 13:29
BMT nin Qəzzada ərzaq ehtiyatı tükənib
25 Aprel 2025 16:32
Baxış sayı:124
Bu xəbər 30 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















