Icma.az
close
up
RU
Qəzzada sülh yaxındır? ŞƏRH

Qəzzada sülh yaxındır? ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinin Qəzza ilə bağlı atəşkəs sənədini təsdiqləməsi, Yaxın Şərqdə gərginliyin azaldılması və sülhün bölgəyə gətirilməsi istiqamətində ən mühüm addım olaraq qiymətləndirilə bilər. Bu sazişin dayanıqlığı haqda konkret fikir söyləmək tezdir. Amma sənədin sammit çərçivəsində beynəlxalq hüquq normalarına uyğun olaraq təsdiqlənməsi, onun statusunu artırır və bu baxımdan Sülh Sammitinin əhəmiyyəti, qəbul edilən sənədlər mühümdür".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi Qəzza zolağında yaxın zamanda sülhün əldə olunma ehtimalından danışarkən bildirdi.

"Sammitin əhəmiyyəti böyükdür və Yaxın Şərqdə sülhün bərqərar olması üçün ən yüksək səviyyədə təşkil olunmuş beynəlxalq platformadır. Bu platforma bundan sonra meydana çıxan problemləri hərbi yolla yox, məhz bu platformanın təsis etdiyi siyasi və diplomatik yollarla həll edilməsinə xidmət edəcək. Sülh istiqamətində ən ciddi zəminə malik platforma hesab edilə bilər. Əldə olunan razılaşmaların, əlbəttə ki, beynəlxalq hüquq normaları çərçivəsində işləmə mexanizmi olacaq və bu, imkan verəcək ki, Qəzzada atəşkəs beynəlxalq təminatla qorunsun", - deyə o, qeyd etdi.

Çingiz Şahbazinin sözlərinə görə, burada məsuliyyət həmçinin bölgə dövlətlərinin də üzərinə düşür:

"Heç şübhəsiz ki, bu istiqamətdə ABŞ, Qərb dövlətləri, Ərəb dövlətləri, Türkiyə və digər ölkələrin siyasi və iqtisadi baxımdan yardımları olacaq. Qəzzada normal həyat tərzinin qurulması üçün bir çox istiqamətlərdə və hər dönəm üçün koordinasiya mərkəzləri fəaliyyət göstərəcək. Bütün bunlar siyasi böhranın aradan qaldırılması və atəşkəsin möhkəmləndirilməsi üçün vacibdir. Bu baxımdan atəşkəs rejimi bir başlanğıcdır, sülhün bərqərar olması məhz ona nə qədər riayət olunacağı ilə bağlıdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:524
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see494

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see288

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see286

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see282

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see256

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see253

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see251

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see251

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see250

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see245

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see238

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see229

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see225

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see223

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see217

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see217

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see216

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see214

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see214

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri