Icma.az
close
up
RU
Qəzzadan qaçış: Minlərlə fələstinli yenidən sürgünə məcbur edilib

Qəzzadan qaçış: Minlərlə fələstinli yenidən sürgünə məcbur edilib

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İsrailin Qəzza şəhərinə quru əməliyyatına başlamasının ardından minlərlə fələstinli yenidən sürgünə məcbur edilib. Bəziləri piyada, bəziləri velosiped, motosiklet və ya pikaplarla cənuba doğru yola çıxıb.

Sherg.az xəbər verir ki, İsrail, Qəzza Zolağının ən böyük şəhəri olan Qəzzada işğal əməliyyatına başlayıb. Tanklarla şəhərə daxil olan İsrail ordusu əməliyyatın işğal planının əsas mərhələsi olduğunu açıqlayıb.

Şəhəri ələ keçirmə məqsədilə 15 sentyabrda başladılan bu quru əməliyyatı, minlərlə fələstinli üçün bir daha məcburi köç anlamına gəlir.

Qəzzadakı səhiyyə rəsmiləri 15 sentyabrda başlayan hücumlarda indiyə qədər 100-dən çox fələstinlinin öldüyünü bildirib.

Minlərlə qəzzalı isə yenidən əşyalarını çiyninə alıb yola çıxıb. Bəziləri piyada, bəziləri velosiped, motosiklet və ya pikaplarla cənuba doğru hərəkət etməyə başladı.

İsrail ordusu hücumların bir neçə ay davam edə biləcəyini açıqlayarkən, Qəzza Səhiyyə Nazirliyinə görə quru əməliyyatının ilk 24 saatında 106 fələstinli həyatını itirib.


İsrail bu gün fələstinlilərin qaçışı üçün “müvəqqəti bir marşrut” elan edib. Ordu sözçüsü Aviçay Adraee Səlahəddin küçəsi üzərindən müvəqqəti bir keçid yolunun açıldığını deyib.

Bu marşrutun yalnız 48 saat açıq qalacağı bildirilib.

Qəzzadakı hökumətin media ofisi isə açıqlamasında, İsrailin son həftələrdə hücumlarını intensivləşdirdiyi Qəzza Zolağının şimalında olan 1 milyon fələstinlinin yerindən çıxmağı rədd etdiyini qeyd edib.

Fələstin rəhbərliyi Qəzza və cənubda yaşayan bir milyondan artıq fələstinlinin hələ də evlərindən və torpaqlarından cənuba köçü qəti şəkildə rədd etdiyini bildirib və əlavə edib:

“Bütün beynəlxalq hüquq və müqavilələri pozaraq, işğalçı İsrailin qalıcı məcburi köç cinayətini törətmək məqsədilə həyata keçirdiyi bombardman və soyqırım müharibəsinin vəhşiliyinə baxmayaraq.”


Hökumət, qalıcı köç planlarının təzyiqi altında köçənlərin sayının isə təxminən 190 min olduğunu qeyd edib.

Normalda Qəzza və şimalındakı əhalinin 1,3 milyondan çox olduğu, bu əhalinin təxminən 398 mininin Şimali Qəzza əyaləti sakinlərindən ibarət olduğu, onların böyük əksəriyyətinin əyalətin qərbinə məcburi köçürüldüyü bildirilib.

Fələstinli rəsmilər Qəzzada 914 mindən çox insanın olduğunu, bu əhalinin təxminən 350 mininin şəhərin şərq məhəllələrindən mərkəzə və qərbə doğru köçməyə məcbur qaldığını vurğulayıb.

BMT ilə koordinasiyalı çalışan humanitar yardım qrupları isə təxminən 70 min fələstinlinin cənuba  - əsasən Deyr əl Bəlah və Xan Yunusa doğru getdiyini bildirdi.

Açıqlamada hökumət qruplarının əks bir köç hərəkəti də qeydə aldığı və dünən günorta saatları etibarilə 15 mindən çox insanın Qəzza şəhərindəki yaşayış yerlərinə geri döndüyü ifadə edildi.


Təxminən 800 min insanın yaşadığı və İsrail qüvvələri tərəfindən “humanitar və təhlükəsiz zona” olduğu iddia edilən Xan Yunusdakı Əl-Mevasi bölgəsi və Rəfah şəhərinin 109-dan çox hava hücumuna və təkrarlanan bombardmana məruz qaldığı, İsrail ordusunun Əl-Mevasi bölgəsində ard-arda törətdiyi qətliamlarda 2 mindən çox insanın həyatını itirdiyi bildirildi.

Lakin bu bölgələrin əsas həyat tələbatlarından tamamilə məhrum olduğu, xəstəxana, infrastruktur və su, qida, sığınacaq, elektrik və ya təhsil kimi əsas xidmətlərin mövcud olmadığı və bunun da orada yaşamağı demək olar ki, mümkünsüz etdiyi vurğulanıb.

Qəzza hökumətinə görə, İsrailin xəritələrində “sığınma” bölgələri kimi müəyyən etdiyi sahə Qəzza Zolağının ümumi ərazisinin cəmi 12 faizini təşkil edir.

Netanyahu hökuməti 1,7 milyondan çox insanı buraya sıxışdırmağa çalışır.

Bu, sistematik bir məcburi köçürmə siyasətinin bir hissəsi kimi “toplama düşərgələri” qurma planı çərçivəsində edilir. Məqsəd, Şimali Qəzza və Qəzza şəhərini fələstinlilərdən təmizləməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see296

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see266

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see239

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see214

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see214

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see194

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see178

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see168

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see159

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see154

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see152

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see150

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see145

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri