Icma.az
close
up
RU
Qəzzadan ürəkdağlayan REPORTAJ FOTO

Qəzzadan ürəkdağlayan REPORTAJ FOTO

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

İsrailin Qəzzaya iki ildir davam edən bombardmanları köçkün fələstinli İnəs Əbu Məmmarın ağrısına ağrı qatıb.
Bizim.Media xəbər verir ki, müharibənin ilk günlərində Reuters-in fotoqrafı onu xəstəxananın morqunda 5 yaşlı bacısı qızı Salinin kəfənə bürünmüş cəsədini qucaqlayarkən çəkmişdi.
Sonrakı aylarda İsrailin hava zərbələri və tank atəşləri onun daha çox yaxınlarını öldürdü.
İndi isə o, həm əzizlərini itirib, həm də evsiz, aclıq və səfalət içində atasız qalmış kiçik bacısı oğluna baxır.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı planını dəstəkləyib, Həmas isə qismən qəbul edib. Amma müharibənin nə vaxt və necə bitəcəyi hələlik məlum deyil. İsrailin 2023-cü il 7 oktyabr hücumuna cavab olaraq başladığı hərbi əməliyyatı dayandırmaq üçün indiyədək bütün cəhdlər nəticəsiz qalıb.
İsrailin hava zərbəsi balaca Saliyə son oldu.
Sali İsrail raketi ailənin Xan Yunisdəki evini vurarkən həlak olub. Reuters-in fotoqrafı Məhəmməd Salem 17 oktyabr 2023-cü ildə Xan Yunis Nasser Xəstəxanasının morqunda İnəsin onu qucaqladığı anı lentə almışdı.
 

Partlayışda həmçinin İnəsin bibisi və əmisi, gəlinləri, bir neçə əmisi uşağı, eləcə də Salinin körpə bacısı Səba ölüb. Bu ilin yayında isə İnəsin atası və qardaşı Ramez – yəni Salinin atası – ailəyə yemək gətirərkən öldürülüb.


Onlar Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə İsrailin hücumları nəticəsində öldürülən 67 mindən çox fələstinli arasındadır. Minlərlə cəsədin hələ də dağıntılar altında olduğu, amma rəsmi statistikaya daxil edilmədiyi bildirilir.
“Bu müharibə bizi tamamilə məhv etdi. Ailəmizi, evimizi dağıtdı, ürəyimizə acı və itki qoydu,” – deyə 38 yaşlı İnəs deyib.
İsrail iki il əvvəl – 2023-cü ilin 7 oktyabrında Həmas silahlılarının sərhədi yararaq 1200 nəfəri öldürməsinə və 250 nəfəri girov götürməsinə cavab olaraq Qəzzada hərbi əməliyyata başlamışdı. Netanyahu isə Həması tamamilə məhv etməyincə döyüşləri dayandırmayacağını bildirib.
Çadır düşərgəsində ağır həyat
İnəs və sağ qalan qohumları son iki ildə dəfələrlə bombardmandan və quru əməliyyatlarından qaçaraq köçkün düşüblər. İndi isə onlar dəniz kənarında, qumun üzərində qurulmuş çadır düşərgəsində yaşayırlar.
Şərait çox ağırdır: xəstəliklər geniş yayılıb, yemək və təmiz su azdır, bombardmanlar isə əhalini daima qorxu içində saxlayır.
 

İnəsin ən böyük qayğısı indi qardaşı oğlu Əhməddir – Ramezin oğlu, Salinin kiçik qardaşı. Müharibənin ilk günlərində anasını, iki bacısını və ana babasını itirən Əhməd, bu ilin iyununda isə atasını və ata babasını da itirib.


“Onun atası onu gəzdirməyi, dənizə aparmağı, xalaları ilə görüşdürməyi sevirdi,” – deyə İnəs danışır. – “İndi isə günün 24 saatını çadırda keçirir.”
Atasının ölümündən sonra Əhməd vaxtının çoxunu “Loz” adlandırdığı pişiyi ilə keçirirdi. Pişik də avqustda.
Müharibənin bitəcəyinə ümid azdır.
Bir il əvvəl Reuters-ə danışan İnəs “qan selinin dayanmasını gözlədiyini” demişdi. İndi də hələ gözləyir, amma Tramp İsrailə daha çox təzyiq göstərməsə, yeni sülh cəhdlərinin uğursuzluqla nəticələnəcəyindən qorxur.
“Artıq yetər. Çoxlarını itirdik, sevdiklərimizi itirdik. Onlarla evlərimizi də qoyub getdik və geri dönsək, artıq onlar olmayacaq,” – İnəs bazar günü deyib.
“Yeganə qorxum odur ki, müharibə davam edəcək. Biz davam etməsini istəmirik. Onun birdəfəlik bitməsini istəyirik.”



Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri