Icma.az
close
up
RU
Qəzzanın boşaldılması nə qədər realdır? ƏHD funksionerinin cavabı

Qəzzanın boşaldılması nə qədər realdır? ƏHD funksionerinin cavabı

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrailin HƏMAS-ın guya atəşkəsi pozması ilə bağlı açıqlaması əslində bir bəhanədir. Bu, İsrailin atəşkəsin uzun müddət davam etməsində maraqlı olmadığını və Qəzza ilə bağlı yeni addımlar atmağa hazırlaşdığını göstərir. Burada diqqətçəkən məqamlardan biri də bu prosesin Netanyahu-Tramp görüşündən sonraya təsadüf etməsidir. Böyük ehtimalla, Netanyahu Trampdan müəyyən bir razılıq alıb və bu razılığın nəticəsi olaraq Qəzzada fələstinlilərin məcburi köçürülməsi ilə bağlı yeni təhdidlər yaranacaq. Beləliklə, Trampın təklifinin reallaşdırılması üçün praktik mexanizmlərin hazırlanması istiqamətində addımlar atıla bilər və İsrailin hərbi əməliyyatları davam etdirmək ehtimalı getdikcə artır. Lakin yaxın qonşu ölkələr – xüsusilə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və Qətər – bu plana qarşı sərt etirazlarını bildiriblər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik yenidən artır. İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salmaq qərarına cavab olaraq İsrail Müdafiə Qüvvələrinə “ən yüksək hazırlıq” vəziyyətinə keçməyi əmr edib. Bu addım, bölgədə hərbi əməliyyatların yenidən alovlanması ehtimalını artırır.

Bununla bağlı siyasi şərhçi qeyd edib ki, Trampın səsləndirdiyi fikrin gerçəkləşməsi üçün praktik mexanizmlər mövcud deyil.

“Çünki söhbət 1,8 milyon insanın zorla öz yurd-yuvasından çıxarılmasından gedir və artıq bu insanları qorxutmaq və ya təzyiqlərlə köçməyə məcbur etmək mümkün deyil. Demək olar ki, hər bir Qəzza ailəsi itki verib və bu da onların mübarizəni davam etdirməsinə səbəb olur. Bu reallıq fonunda fələstinlilərin güc yolu ilə köçürülməsi qeyri-mümkün görünür. Digər tərəfdən, Misir öz təhlükəsizliyini təhdid altında görərək Qəzzadan gələn qaçqınları qəbul etməyəcəyini açıq şəkildə bəyan edib. İordaniya isə Fələstinlə bağlı tarixi ziddiyyətlər səbəbilə qaçqınları qəbul etməyəcəyini qəti şəkildə bildirib. Eyni mövqeni Səudiyyə Ərəbistanı və Qətər də paylaşır”.

Onun fikrincə, bu məsələdə Türkiyə daha prinsipial mövqe sərgiləyir:

"Ankara ən yüksək səviyyədə bəyan edib ki, istər Qəzza, istərsə də Suriyanın ərazi bütövlüyü Türkiyə üçün qırmızı xəttdir. Bu kontekstdə Türkiyə ilə Suriya arasında hərbi sazişin imzalanması ehtimalı yüksəkdir. Əgər belə bir saziş baş tutarsa, Türkiyə rəsmi olaraq Suriyanın ərazi bütövlüyünün qarantına çevriləcək. Bu isə Türkiyə və İsrailin birbaşa qarşı-qarşıya gəlməsi ehtimalını artırır. İsrail üçün Türkiyə ilə açıq qarşıdurmaya girmək arzuolunan bir ssenari deyil və bu, onun siyasətini çətinləşdirən amillərdən biri olacaq. Trampın bu məsələdə oynadığı rola gəldikdə isə, onun Qəzzanın boşaldılması planını tam ciddiyə aldığını düşünmək çətindir. Trampın əsas məqsədi ABŞ-dakı sionist lobbinin dəstəyini qazanmaqdır. Hazırda ABŞ-da daxili siyasi vəziyyət kifayət qədər gərgindir və Tramp böyük təzyiqlərlə üzləşir. O, sionist lobbinin dəstəyini almaqla öz siyasi mövqeyini gücləndirmək niyyətində ola bilər”.

Siyasi şərhçi vurğulayıb ki, ancaq bu planın həyata keçirilməsi üçün İsrailin təkbaşına addım atması mümkün deyil:

“Bunun üçün ABŞ-ın birbaşa hərbi müdaxiləsi lazımdır ki, bu da Trampın maraqlarına uyğun deyil. Çünki Trampın əsas seçki vədlərindən biri ABŞ iqtisadiyyatını gücləndirməkdir və yeni müharibələrə başlamaq bu vədlərə ziddir. Tramp üçün əsas prioritet neft hasilatını artırmaq, enerji daşıyıcılarının qiymətini aşağı salmaq və daxili iqtisadi artımı təmin etməkdir. Əgər ABŞ yenidən müharibələrə sürüklənsə, bu, həm Tramp hökuməti, həm də ölkə üçün ciddi fəlakətlərə yol aça bilər. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu haqqında həbs qərarı verməsi onun siyasi mövqeyini zəiflədir. İsrail daxilində də Netanyahunun siyasətinə ciddi etirazlar var, xüsusilə liberal kəsim və müxalifət tərəfindən. Əgər bölgədə gərginlik davam edərsə, bu, İsrail üçün ciddi problemlər yaradacaq və Netanyahu daha çox təzyiq altında qalacaq. Həm beynəlxalq təzyiqlər, həm də bölgə dövlətlərinin sərt mövqeyi bu planın reallaşmasını çətinləşdirən əsas faktorlardır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri