Icma.az
close
up
RU
Qəzzanın taleyi həll olunur: İki yol var Gələn həftə açıqlanacaq

Qəzzanın taleyi həll olunur: İki yol var Gələn həftə açıqlanacaq

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ərəb liderlərinin Qəzzanın taleyi ilə bağlı müzakirələr üçün Ər-Riyada toplaşması bir sıra iddiaların yaranmasına səbəb olub. Belə ki, cümə günü Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn liderləri görüşüblər. Qapalı keçən danışıqlar barədə açıqlama verilməsə də, burada ABŞ Prezidenti Donald Trampın qəzzalıların deportasiyası ilə bağlı planına qarşı variantların nəzərdən keçirildiyi bildirilib.

Məlumata görə, 4 martda Qahirə tərəfindən rəsmi şəkildə elan olunacaq plana əsasən, HƏMAS Qəzzada hakimiyyətdən əl çəkəcək, əvəzində ərəb dövlətləri oradakı bərpa işlərini maliyyələşdirəcəklər. Növbəti mərhələdə isə İsrail ilə Fələstinin birgə mövcud olacağı iki dövlətli həll yolu gündəmdə olacaq.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda Qəzza ilə bağlı iki plan mövcuddur:

“Birincisi, Trampın planıdır. Bu, Qəzzanın tamamilə dağıdılaraq insanların Misir və İordaniyaya köçürülməsi, yəhudi yaşayış məskənlərinin salınmasını nəzərdə tutur. Ağ Ev rəhbəri bununla üç məsələni həll edəcək. HƏMAS-ı tamamilə bitirəcək. İsrailin Qəzzanı ilhaq etməsinə şərait yaradacaq. Nəhayət, iki dövlətli sülh prosesinə mane olacaq. Onun fikrincə, yaradılması nəzərdə tutulan Fələstin dövlətinin ərazisinə Qəzza vilayəti, İordan çayının sahilləri və Qüds daxil olmalıdır. Qəzzanın əldən çıxarılması isə Fələstin dövlətçiliyinə son qoyacaq. İsrailin arzuladığı da məhz budur”.

Zeynal Əmrəliyev

Ekspert qeyd edib ki, Misir və İordaniya fələstinlilərin ərazilərinə köçürülməsinə hazır deyil:

“Digər plana əsasən, Misir çalışır ki, dağılmış Qəzzanı zəngin ərəb dövlətləri hesabına bərpa edərək ABŞ-ı üstələsin. Həmçinin HƏMAS-ı hərbi təşkilatdan siyasi təşkilata çevirərək həm fələstinli qruplar arasında ittifaqı bərpa etsin, həm də Fələstin dövlətçiliyini gücləndirsin. Eyni zamanda İsrailin hücum riskini də aradan qaldırsın. Ərəb ölkələri arasında ABŞ və İsraillə birbaşa əlaqəyə girən olmasa, Misirin planı baş tuta bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri