Icma.az
close
up
RU
Qəzzaya davamlı sülh nə vaxt gələcək?

Qəzzaya davamlı sülh nə vaxt gələcək?

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzzada atəşkəs çox kövrəkdir. Bölgədə bir neçə günlük fasilədən sonra silahlar yenidən işə salınıb və çoxlu sayda insanın həyatına son qoyulub. Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitindən sonra atəşkəısin ilk dəfə pozulması oktyabrın 19-da  baş verib. Həmin gün İsrail qüvvələri Qəzza zolağına zərbələri bərpa edib.

Tərəflər bir-birini günahlandırır

Oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü və siyasi iradəsi, həmçinin beynəlxalq birliyin dəstəyi sayəsində sülh razılaşmasının imzalanması Qəzza bölgəsi və bütün Yaxın Şərq  coğrafiyası üçün ümid işığı kimi görünürdü. Qeyd edək ki, atəşkəsin bərpası HƏMAS və İsrail Trampın təklif etdiyi 20 bəndlik sülh planının birinici hissəsini qəbul etdikdən sonra baş tutub. Sənədi Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Şarm əl-Şeyx razılaşmasının icrasına sammit başa çatdıqdan dərhal sonra başlanıldı. Yerli əhali atəşkəsin əldə olunmasını bayram kimi qarşıladı.  Bölgəyə humanitar yüklərin daxil olmasına şərait yaradıldı, əsirləriin, girovların və cəsədlərin mübadiləsinə başlanıldı. Lakin görünür bunlar davamlı sülhün təmin edilməsi üçün yetərli olmayıb. “Clash Report”un “X” sosial şəbəkəsindəki hesabında yayımlanan videoda Qəzzanın mərkəzinin güclü zərbələrlə sarsıldığı görünür. Yarıdağılmış binalardan qalxan tüstü buludları ətrafı qaranlığa qərq edib.

Regionda yeni tarixin başlanğıcı kimi dəyərləndirilən Yaxın Şərq Sülh Sammitindən altı gün sonra atəşkəsin pozulmasına görə tərəflər bir-birini günahlandırırlar. İsrailin Baş naziri Binyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib ki, HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağına 153 ton bomba atılıb. Onun sözlərinə görə, hücum nəticəsində hərəkatın yüksək rütbəli komandirləri də daxil olmaqla onlarla hədəf məhv edilib. “Təəssüf ki, atəşkəs zamanı iki əsgərimiz həlak olub”, - deyə Netanyahu qeyd edib.

Təl-Əvivin ittihamlarına HƏMAS-dan cavab özünü çox gözlətməyib. Belə ki, öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.

Tərəflərin təkzibi fonunda sual yaranır: Əgər İsrail və HƏMAS atəşkəs razılaşmasına sadiq olduqlarını bildirirlərsə, bəs onda silahları kim işə salıb? Ehtimal olunan versiyalar haçalanır. Atəşkəs rejiminin bölgədə qarşıdurmanın uzanmasında maraqlı olan üçüncü qüvvələr tərəfindən pozulması ehtimalı böyükdür. Məlumdur ki, bəzi qüvvələr Qəzzada və bütövlükdə Yaxın Şərqdə öz maraqlarını proksi qurumların vasitəçiliyi ilə təmin etməyə çalışırlar. Həmin qüvvələr müharibə səhnəsində görünməsələr də, proseslərin idarə olunmasına öz təsirlərini bu və ya digər formada göstərirlər. 

Dünyadan gələn reaksiyalar

Yaxın Şərq Sülh Sammitindən az sonra Qəzzanın yenidən qan gölünə çevrilməsinə dünya dövlətləri də biganə qalmayıblar. Qətər əmiri Təmim bin Həməd əl-Tani İsraili HƏMAS-ın mövqelərinə silsilə zərbələrdən sonra Qəzza zolağında atəşkəsi pozmaqda ittiham edib.

Bu barədə  “Əl-Ərəbiyyə” məlumat yayıb. “Biz İsrailin Fələstində yol verdiyi bütün pozuntuları, xüsusilə Qəzza zolağının insan həyatı üçün yararsız əraziyə çevrilməsini və atəşkəs rejiminin davamlı surətdə pozulmasını bir daha pisləyirik”, - deyə əmir bildirib.

Regionda sülhün bərqərar olması təşəbbüsünü irəli sürən və Misirdə Yaxın Şərq Sülh Sammitinin keçirlməsinə nail olan ABŞ Prezidenti Donald Tramp da əmindir ki, Qəzza zolağında atəşkəs rejiminin pozulması HƏMAS-ın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmayıb. Bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşü zamanı Qəzza zolağındakı vəziyyəti jurnalistlərə şərh edərkən deyib. “Mən inanmıram ki, bunu HƏMAS-ın rəhbərliyi edib”, - deyə ABŞ lideri bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, əgər vəziyyət gərginləşərsə, ABŞ HƏMAS-a qarşı qətiyyətli güc tətbiq etməyə hazırdır. Bu xüsusda fikirlərini ifadə edən D.Tramp “HƏMAS ilə bağlı vəziyyətimiz nisbətən kiçikdir. Əgər onlar özlərini düzəltməsələr, bu, çox tez həll olunacaq”, - deyə vurğulayıb.

D.Trampın başqa bir açıqlaması da diqqət çəkir. O, “Truth Social” hesabında bildirib ki, Yaxın Şərqdə bir sıra ölkələr Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduqlarını bəyan edib. “HAMAS-ın bizimlə razılaşmanı pozaraq pis hərəkətlərinə davam edəcəyi təqdirdə, bizim Yaxın Şərqdə və onun ətrafındakı əla müttəfiqlərimizin bir çoxu açıq-aşkar və qətiyyətli şəkildə, böyük həvəslə Qəzzaya hərbi qüvvə göndərmək fürsətini dəyərləndirərək mənim təklifimlə “bizim HAMAS-ımızı düzəltməyə” hazır olduqlarını mənə bildiriblər. Mən bu ölkələrə və İsrailə “hələ yox” cavabı verdim. Hələ də ümid var ki, HAMAS doğru olanı edəcək. Əgər etməsələr, onların sonu sürətli, şiddətli və qəddar olacaq”, - deyə Tramp xəbərdarlıq edib.

Türkiyə qüvvələri Qəzzada olacaqmı?

ABŞ administrasiyası Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibini İsrailə məcburən qəbul etdirməyəcək, lakin Türkiyənin bu missiyada iştirakının konstruktiv olacağına inanır.

Bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens İsraildə keçirdiyi mətbuat konfransında deyib: “Biz İsrail dostlarımıza onların ərazisindəki xarici qoşunlarla bağlı heç bir şey təlqin etməyəcəyik, lakin inanırıq ki, türklər konstruktiv rol oynaya bilər və açığını desəm, onlar artıq çox konstruktiv rol oynayıblar. Buna görə onlara çox minnətdarıq”.

Vens, həmçinin bütün tərəfləri keçmiş münaqişə və onun müxtəlif ölkələr arasında yaratdığı parçalanmalara deyil, Fələstin anklavının gələcəyinə diqqət yetirməyə çağırıb.

İsrailin türk hərbiçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində yer almalarına razılıq verəcəyini təsdiqləmək mümkün deyil. Təl-Əviv buna etirazını gizlətmir.Yeri gəlmişkən, bir qədər bundan əvvəl “Hürriyət” qəzeti Baş nazir Benyamin Netanyahunun Qəzzada sülh razılaşmasını pozmaq planı hazırladığına dair yazı dərc edib. Nəşr, həmçinin bildirib ki, İsrail tərəfi türk hərbçilərinin beynəlxalq sabitləşdirmə qüvvələrində yer almamasında israr edəcək.

Beləliklə, Qəzzada vəziyyət ağır olaraq qalmaqdadır. İzlənilən proseslər onu deməyə əsas verir ki, regionda davamlı sülhü qısa müddətdə və asanlıqla təmin etmək mümkün olmayacaq. Bundan ötrü beynəlxalq birlik daha qətiyyətli səy göstərməlidir.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see170

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see169

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri