Qəzzaya qayıdan qaçqınlar üçün 3 mindən çox çadır qurulub
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) əməkdaşları Qəzza şəhəri və ətrafında anklavın şimalına qayıdan qaçqınlar üçün 3 mindən çox çadır və müvəqqəti sığınacaq qurublar.
“Report” xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.
PRCS qeyd edib ki, doğma yurdlarına qayıdan qaçqınlar üçün düşərgələr “Qəzza zolağında fəlakətli humanitar vəziyyət şəraitində fələstinlilərə təcili yardım göstərmək” məqsədilə qurulur.
“Qəzzanın şimal hissəsində 1 490 çadır qurulub və paylanıb, şəhər ətrafında isə daha 1 600 müvəqqəti sığınacaq salınıb”, – məlumatda diqqətə çatdırılıb.
Təşkilat həmçinin bildirib ki, yaxın günlərdə anklavın cənubunda, Rəfəh şəhərində qaçqınlar üçün düşərgələr təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 13 Fevral 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















