Icma.az
close
up
RU
Qəzzaya Yasir Ərəfatın qardaşı oğlu rəhbərlik edəcək? FOTO

Qəzzaya Yasir Ərəfatın qardaşı oğlu rəhbərlik edəcək? FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə açıqladığı 20 maddəlik Qəzza planı Yaxın Şərq diplomatiyasının əsas mövzusuna çevrilib.

Trampın təklifi Qəzzanın gələcək statusunu köklü şəkildə dəyişməyi nəzərdə tutur.

Sənədə görə, bölgə radikalizmdən tam təmizlənməli, beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə strukturu qurulmalı, iqtisadi inkişaf üçün xüsusi proqram qəbul edilməli, həmçinin İsrail və Fələstin arasında yeni siyasi üfüq açılmalıdır.

Planın ilk bəndlərində müharibənin dərhal dayandırılması, İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsi və bütün girovların azad olunması nəzərdə tutulur.

İsrail tərəfinin 72 saat ərzində sağ və həlak olmuş bütün girovları geri alması müqabilində, 250 ömürlük məhbus və 1700 fələstinli, o cümlədən qadın və uşaqlar azad ediləcək. Bundan sonra Qəzzaya genişmiqyaslı humanitar yardım daxil olmalı, dağıdılmış infrastruktur, xəstəxanalar və sosial obyektlər bərpa edilməlidir.

Modern.az xəbər verir ki, ən diqqətçəkən məqamlardan biri Qəzzanın müvəqqəti olaraq texnokratlardan ibarət, apolitik fələstinli komitə tərəfindən idarə olunmasıdır. Bu qurum beynəlxalq nəzarət altında fəaliyyət göstərəcək, maliyyələşmə isə “Sülh Şurası” adlı yeni mexanizm vasitəsilə həyata keçiriləcək. Tramp özü bu orqana rəhbərlik etməyi planlaşdırır, sabiq Britaniya baş naziri Toni Bleyerin də Şuraya daxil olacağı açıqlanıb.

Paralel olaraq, ABŞ və tərəfdaş ölkələr Qəzzada xüsusi iqtisadi zona yaratmağı, böyük investisiya layihələri hesabına bölgəni Yaxın Şərqin müasir şəhərlərinə bənzər bir məkana çevirməyi hədəfləyir. Sənəd, həmçinin Beynəlxalq Sabitlik Qüvvələrinin yerləşdirilməsini, yeni fələstinli polis qüvvələrinin təlimini və Qəzzanın mərhələli şəkildə demilitarizasiyasını nəzərdə tutur. İsrailin Qəzzanı nə işğal, nə də ilhaq etməyəcəyi də ayrıca vurğulanıb.

Lakin bu iddialı planı həyata keçirmək asan görünmür. HƏMAS hələlik rəsmi cavab verməsə də, israilli ekspertlərin məlumatına görə, təşkilat artıq 20-yə yaxın qarşı tələb hazırlayıb. Onların arasında girovların 72 saat ərzində azad olunması şərtinin ləğvi, İsrail qoşunlarının çıxarılmasına dair dəqiq qrafikin müəyyənləşdirilməsi və Toni Bleyerin gələcək idarəçilik proseslərindən kənarlaşdırılması xüsusi yer tutur. ABŞ administrasiyası isə planın heç bir bəndinin dəyişdirilməyəcəyini açıqlayaraq, HƏMAS-ın tələblərini qətiyyətlə rədd edir.

Maraqlı məqamlardan biri də Ramallahda baş verənlərdir. Məlumatlara görə, Fələstin lideri Mahmud Abbas gözlənilmədən sələfi Yasir Ərəfatın qardaşı oğlu, bir vaxtlar Fələstin Muxtariyyətinin xarici işlər naziri olmuş Nasir əl-Qudva ilə münasibətləri bərpa etməyə çalışır.

Uzun illər Fransada yaşamış, Fələstinin FƏTH hərəkatının keçmiş liderlərindən biri, son 10 ildə Birləşmiş Ərəb Əmirliklərində mühacirətdə olan Məhəmməd Dahlanla yaxınlığı ilə tanınan əl-Qudva indiki mərhələdə kompromis fiqur kimi təqdim edilir. Məqsəd Qəzzada postmüharibə dövründə idarəetməni radikalların əlindən çıxarıb, keçid dövrünü nisbətən neytral və tanınmış siyasətçiyə həvalə etməkdir.

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri