Qəzzaya yeni hücumlar nəticəsində ölənlərin sayı 1000 i keçdi
Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.
İsrailin atəşkəsi pozduqdan sonra Qəzzaya yenidən hücumları nəticəsində ölənlərin sayı 1000-i keçib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1001 fələstinlinin həyatını itirdiyi, 2359 fələstinlinin isə yaralandığı bildirilib.
Xəstəxanalarda son 48 saatda 80 nəfərin öldüyü, 305 nəfərin yaralandığı qeyd edilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 50 min 357 nəfərə, yaralı sayının isə 114 min 400 nəfərə yüksəldiyi qeyd edilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 31 Mart 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















