Icma.az
close
up
RU
QHT Agentliyindən xəbərdarlıq: bu layihələr maliyyələşdirilməyəcək!

QHT Agentliyindən xəbərdarlıq: bu layihələr maliyyələşdirilməyəcək!

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

““Nəşriyyat işi haqqında Azərbaycan Respublikası Qanunu” kitab çapı ilə əlaqədar ciddi tələblər müəyyən edir. Bu Qanunun 18-ci maddəsi buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol vermir. Belə ki, hazır məhsulun hər nüsxəsində nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, buraxılış yeri və ili, əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix, hesab-nəşriyyat həcmi, fiziki həcmi, formatı, səhifələrin sayı, kağızın tipi, şriftin növü (qarnituru), çap üsulu, tiraj, qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi olmalıdır. Bundan başqa, nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə), standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır”.
Modern.az xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, qeyd edib ki, təəssüf ki, bəzi hallarda QHT-lər bu öhdəliklərə tam əməl etməkdən yayınmağa çalışır, onları qismən yerinə yetirir, şəxsi mülahizələr əsasında Agentlikdən bu cür layihələrin maliyyələşdirilməsini tələb edir, iradları qəbul etmək istəmirlər:
“Daha pisi odur ki, bu cür kitablarda səhv məlumatlara, qeyri-dəqiq statistikalara, yanlışlıqlara, Azərbaycan ədəbi dilinin norma və qaydalarının pozulması hallarına rast gəlinir. Kitab nəşriyyatda çap edildikdə, bu cür hallara görə məsuliyyəti də nəşriyyat daşıyır”.
Agentlik təmsilçisi onu da deyib ki, bəzən QHT-lər tərəfindən şikayətlər olur ki, onların müəlliflik hüququ pozulub, digər QHT-lər və ya şəxslər onların əməyini özününküləşdirib, hazırladıqları materiallardan müvafiq razılıq almadan istifadə ediblər. Əgər kitab nəşriyyatda çap olunubsa, bunun hüquqi müstəvidə həlli də xeyli asanlaşır.

Ülviyyə Qarayeva deyib ki, Agentlik Azərbaycan QHT-lərinin ərsəyə gətirdiyi xarici dillərdə olan sanballı kitabların xarici ölkələrin kitabxanalarına verilməsində, beynəlxalq kitab sərgilərində, kitab müsabiqələrində iştirakında maraqlıdır: “Lakin burada yenə problemlə qarşılaşırıq. Bəzən nəfis işlənilmiş, mühüm məlumatları özündə əks etdirən kitab beynəlxalq kitab (ISBN) kodu olmadığına görə xarici ölkələrdən geri qaytarılır, kitabxanalar, beynəlxalq kitab sərgiləri, kitab müsabiqələrinin təşkilatçıları onları qəbul etmir”.

Agentlik təmsilçisi 2026-cı ilin qrant müsabiqələri ilə əlaqədar 2025-ci ilin sentyabrında QHT-lər üçün təşkil edilmiş infosessiyalarda da narahatlıq doğuran bu məsələlərin QHT-lərin diqqətinə çatdırıldığını vurğulayıb: “Biz bu sahədə də dönüş əldə edəcəyimizə əminik. Azərbaycan QHT-ləri kitab nəşri barədə tələblərin üstünlüklərini, onlara gətirdiyi faydaları hiss edəcəklər, bu sahədə meydan yalnız peşəkarların olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri