Icma.az
close
up
RU
QHT Azərbaycan polisi ilə bağlı bəyanat verdi Yeni Çağ Media

QHT Azərbaycan polisi ilə bağlı bəyanat verdi Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı son günlər bəzi şəxslərin sosial şəbəkə hesablarında Azərbaycan polisinə qarşı apardıqları qarayaxma kampaniyasını pisləyib.

Təşkilat bu kimi xoşagəlməz hallarla bağlı Bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Polisi ölkəmizdə ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşlarımızı hər zaman hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Biz bunun yanvarın 18-də Azərbaycan Respublikasının Milli Qəhrəmanı Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından 80 509 manat pulun oğurlanması zamanı növbəti dəfə şahidi olduq. Dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görüldü. Nəticədə isə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanıldı, onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verildi və Milli Qəhrəmanımızın atasına dəymiş ziyan geri qaytarıldı. Bu, bir daha sübut edir ki, Azərbaycan Polisi hər zaman öz vətəndaşının yanındadır və onların təhlükəsizliyini, ictimai asayişi qorumaq üçün gecə-gündüz xidmətdədirlər.

Ancaq təəssüflər olsun ki, son günlər Azərbaycan Polisinə qarşı bəzi şəxslər, daha dəqiq desək – ölkəmizdəki sabitliyi, ictimai asayişi istəməyən şəxs və ya şəxslər tərəfindən qarayaxma kampaniyaları aparılır.

Ötən gün – yanvarın 18-də İmişli rayonunda baş vermiş qəzadan bəziləri öz məkrli planları üçün istifadəyə cəhd etdilər. Həmişə olduğu kimi, bu dəfə də onların “planları” ürəklərində qaldı. Təəssüflər olsun ki, hadisə nəticəsində iki azyaşlı uşaq həyatını itirdi. Belə bir hadisənin baş verməsini heç kim istəməz və ya qəsdən etməz. Daxili İşlər Nazirliyi hadisədən dərhal sonra qəzanın görüntülərini yaydı. Görüntülərdən də aydın şəkildə görsənir ki, digər mülki avtomobil yol hərəkəti qaydalarını pozaraq Dövlət Yol Polisi Xidmətinin avtomobilinin qarşısına çıxır və hər birimiz üçün nəticəsi ağır olan hadisə baş verdi.

Xatirinizdədirsə, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından öz şəxsi mənafeləri üçün istifadəyə cəhd edənlər, faciəni siyasiləşdirərək qəzada həlak olanların yaxınlarının hisslərindən sui-istifadəyə çalışanlar bu dəfə də eyni əməlləri törətdilər.

Əminik ki, bu hadisəyə səbəb olan şəxs və ya şəxslər qanun qarşısında ədalətli cəzalarını alacaqlar.
Eyni zamanda, sosial şəbəkələrdə yayılan videolarda polis avtomobilinə hücum edən şəxslərin hər biri də qısa müddətdə müəyyən ediləcək və onlar qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar. Bundan əlavə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edən və ya belə çağırışları yayanlar barəsində də hüquq-mühafizə orqanlarımız müvafiq addımları atacaqlar.

Əlbəttə ki, Azərbaycan xalqı bunların haradan qaynaqlandığını yaxşı bilir. Hər birimiz dövlətimizin və xalqımızın təhlükəsizliyini öz canları bahasına qoruyan Azərbaycan Polisinin xidmətlərini unutmamalı və onlara sahib çıxmalıdır. İmkan verməməliyik ki, hansısa xarici ölkələrin xüsusi xidmət orqanlarına qulluq edən, onların sifarişlərini yerinə yetirən milli şura adlanan dərnək üzvləri Azərbaycan dövlətinə və onun Polisinə ləkə vurmağa nail olsun!”

Azərbaycan, Bakı şəhəri 19 yanvar 2025-ci il

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri