Icma.az
close
up
RU
QHT lər üçün 100.000 manatlıq “Böyük qrant” müsabiqəsi elan edildi

QHT lər üçün 100.000 manatlıq “Böyük qrant” müsabiqəsi elan edildi

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2026-cı il üzrə qrant müsabiqəsi elan olunur. Müsabiqə çərçivəsində layihə təklifləri “Kiçik qrant” (25.000 manatadək), “Orta qrant” (50.000 manatadək) və “Böyük qrant” (100.000 manatadək) kateqoriyaları üzrə qəbul edilir.

Layihə təkliflərinə dair sənədlərin qəbulu 27 noyabr – 08 dekabr 2025-ci il müddətində [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul ediləcəkdir. Müsabiqəyə müraciət üçün son tarix 08 dekabr 2025-ci il, saat 12:00 müəyyən edilmişdir. Müraciətlərin qəbulu bitdikdən sonra, QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.


 Qrant müsabiqəsi ilə bağlı suallarla [email protected] elektron ünvanına və ya Gənclər və İdman Nazirliyin qaynar xəttinə (tel: 187) müraciət etmək mümkündür.

Qrant müsabiqəsi “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın “5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq” bəndini əsas götürərək təşkil olunmuşdur.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 25000 manat (3-6 ayadək);
Kiçik qrantlar lokal səviyyədə, bir şəhər və ya rayon çərçivəsində həyata keçirilən, qısa müddətli (3-6 ay) və məhdud resurslarla ölçüləbilən nəticələrə yönəlmiş layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır. Layihə ən azı bir əsas fəaliyyət elementi üzrə nəticə göstərməli, hədəf qrupuna dair dəqiq göstəricilər (KPI) müəyyənləşdirməlidir. Bu kateqoriya daha geniş əhatəli layihələrin sadələşdirilmiş forması kimi qəbul edilə bilməz.

• Orta qrant müsabiqəsi üzrə: 50000 manat (6-9 ayadək);


Orta qrantlar region səviyyəsində (ən azı iki rayon və ya bir iqtisadi rayon) həyata keçirilən, 6-9 aylıq, daha geniş auditoriyanı əhatə edən layihələrin icrasına yönəldilir. Layihə ən azı üç fəaliyyət komponentindən (məsələn: təlim, tədbir, maarifləndirmə kampaniyası və s.) ibarət olmalı, konkret və ölçülə bilən nəticələr təqdim edilməli, orta və yekun hesabatlar hazırlanmalıdır. Regionlararası əlaqə və tərəfdaş qurumlarla əməkdaşlıq bu qrant növündə üstünlük təşkil edir. Tək tədbirdən və ya təlimlərdən ibarət olan qısamüddətli təşəbbüslər bu kateqoriyaya uyğun hesab edilmir.


• Böyük qrant müsabiqəsi üzrə: 100.000 manat (9-12 ayadək).


Böyük qrantlar respublika səviyyəsində və ya ən azı üç və daha çox regionu əhatə edən, strateji dəyişiklik və uzunmüddətli təsir yaratmağa yönəlmiş layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Layihələrin müddəti 9–12 ay olmalı, ən azı beş müxtəlif fəaliyyət komponentini (təlim paketi, kommunikasiya kampaniyası, platforma və ya xidmət modeli, forum, araşdırma və s.) özündə birləşdirməlidir. Layihə monitorinq və qiymətləndirmə mexanizmləri, risk planı, nəticə indikatorları və təsir ölçmə metodologiyası ilə müşayiət olunmalıdır. Sırf bir neçə tədbirin keçirilməsi böyük qrant üçün əsas kimi qəbul edilmir.

Müsabiqələr aşağıdakı mövzular və sənəd nümunələri linkdə yerləşdirilmişdir:

https://drive.google.com/drive/folders/1J1ew7EvlkFuKlrsCBL3NdcAUGJwt4iDd?usp=share_link

Müraciət zamanı aşağıdakılar mütləq nəzərə alınmalıdır:

Layihə təkliflərinin hazırlanması zamanı Gənclər və İdman Nazirliyinin saytında yerləşdirilən nümunəvi sənəd formalarından istifadə olunmalıdır;

Sənədlər hazır olduqdan sonra sn qeydiyyat tarixinədək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Təqdim olunduqdan sonra 1 gün ərzində qeydə alındığına dair “Sənəd qeydə alınmışdır” cavabı göndəriləcəkdir. Cavab alınmadıqda, Nazirliyə müraciət edilməlidir. Başqa heç bir mənbəyə göndərilən sənədlər qəbul edilmir. Müraciətlərin qəbulu yalnız qeyd olunan elektron poçt ünvanı vasitəsilə aparılır;


Müraciətlər qiymətləndirilərkən təşkilatın fəaliyyəti, layihələrin mahiyyəti, resurs strukturu və həyata keçirilmə potensialı nəzərə alınacaq, prioritet olaraq regionlarda və 2026-cı ilin "Gənclər Paytaxtı" olan Goranboy şəhərində icra olunması nəzərdə tutulan layihələr qiymətləndirmədə nəzərə alınacaqdır.

Layihələrin seçimi zamanı təqdim olunan sənədlərin tamlığı, düzgünlüyü, faydalılığı və uyğunluğu yoxlanılacaq, layihələrin icra planı, fəaliyyət göstəriciləri və KPI-lar (məsələn, əhatə olunan gənclərin sayı, keçiriləcək tədbirlərin sayı və müddəti, gözlənilən nəticələr) əsasında qiymətləndirmə aparılacaqdır.

Layihə təkliflərinin məzmunu, icra planı və büdcəsi eyni zamanda nəzərdən keçiriləcək, təqdim olunan resursların səmərəliliyi və layihənin məqsədlərə uyğunluğu əsasında layihənin maliyyə məbləği müəyyən ediləcəkdir.

Layihələr Azərbaycan dilində və Arial (12) şriftində yazılaraq təqdim edilməlidir.

Hər bir gənclər təşkilatı qrant müsabiqəsi çərçivəsində yalnız bir layihə təqdim edə bilər və həmin layihə yalnız bir qrant kateqoriyasına (kiçik, orta və ya böyük) aid olmalıdır.

Hər hansı tədbirin Gənclər Evi və ya digər dövlət qurumuna məxsus məkanda keçirilməsi nəzərdə tutulduqda, layihə təqdim edən təşkilat həmin qurumdan müvafiq dəstək məktubunu təqdim etməlidir.

Qrant müsabiqəsi çərçivəsində planlaşdırılan tədbirlər üzrə dəvət məktubu tədbirin keçirilmə tarixindən ən azı 14 (on dörd) gün əvvəl Nazirliyə rəsmi qaydada təqdim edilməlidir.

Layihənin bütün vizual materialları və tədbir tarixləri layihənin icrasından ən azı bir ay əvvəl Gənclər və İdman Nazirliyinin müvafiq sektoru ilə razılaşdırılmalı və təsdiq edildikdən sonra həyata keçirilməlidir. 


Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir.
Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Nazirlik tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.
Qrant müsabiqəsinin qalibləri layihə müddətində onlayn hesabatı Nazirliyə təqdim edəcək və fəaliyyətlər Nazirliyin əməkdaşları tərəfindən bütün fəaliyyətlər zamanı müvafiq kriteriyalar əsasında yoxlanılaraq qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələri və təşkilatların reytinq sıralaması “TƏSDİQ” (www.gencler.az)  platformasında əks olunacaq və bu əsasda müvafiq protokollar tərtib ediləcək. Tələblərə əməl edilməməsi halında layihələrin keyfiyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüləcək. Bu səbəblə qranta müraciət edən təşkilatların platformada qeydiyyatdan keçməsi tövsiyə edilir.


Büdcənin tərtibatına dair tələblər

Büdcənin tərtibi “Excel” formatda aparılmalı və məbləğ AZN-lə göstərilməlidir.
Büdcə tərtib edilən zaman real bazar qiyməti göstərilməlidir. 
Orta bazar qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtimal olunan qiymətlərin hesablanması üsulları” ilə 6 üsuldan biri ilə həyata keçirilə bilər (maddə 2).


 Aşağıdakı qrant alanların və ya layihələrin müsabiqədə iştirakına yol verilmir:

- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;

- Daha əvvəl keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil edən layihələr;

- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Nazirliyə təqdim etməmiş, Nazirliyə qarşı maliyyə öhdəliyi olan qrant alanlar;

- Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Nazirlik tərəfindən maliyyələşdirilmir.

Müsabiqənin başlama tarixi:

Layihə təklifləri 27 noyabr 2025-ci il tarixindən başlayaraq təqdim edilə bilər.
Layihə təklifləri üçün son müraciət tarixi: 08 dekabr 2025-ci il, saat 12:00-dək müəyyən edilib.

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:


AZE01 - Ərizə forması;
AZE02 - Layihə təklifi;
AZE03 - Fəaliyyət planı;
AZE04 - Xərclər smetası;
AZE05 - Müşayiət məktubu;
AZE06 - Layihə təqdim edən gənclər təşkilatlarının müvafiq olaraq son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirilən layihələr, habelə proqramlar barədə müvafiq olaraq maksimum 15 (on beş) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Qeyd: İlk 6 bənd üzrə sənədlərin elektron formada olan nümunələrini buraya klik:

 (https://drive.google.com/drive/folders/1J1ew7EvlkFuKlrsCBL3NdcAUGJwt4iDd?usp=share_link) edərək əldə edə bilərsiniz.

AZE07 - Dövlət qeydiyyatı haqqında şəhadətnamə;
AZE08 - Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri);
AZE09 - Reyestrdən çıxarış;
AZE10 - VÖEN (sənədin hər iki üzü);
AZE11 - Gənclər təşkilatının bank rekvizitləri (Bankın möhür və imzası ilə);
AZE12 - Gənclər təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü);
AZE13 - Gənclər təşkilatının rəhbərinin CV-si;
AZE14 - Gənclər təşkilatının (və ya layihənin) mühasibinin CV-si və şəxsiyyət vəsiqəsi surəti;
AZE15 - Layihə rəhbərinin CV və şəxsiyyət vəsiqəsinin surəti;
AZE16 - Layihənin təqdimatı (Layihənin əsas məzmununu əks etdirən, maksimum 12 slayddan ibarət, PPT və ya PDF formatında)/

Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər:


Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə.

Əlaqə üçün:


Qrant müsabiqəsi ilə bağlı sual yaranarsa, Gənclər və İdman Nazirliyinin “187” çağrı mərkəzinə (İctimai inkişaf sektoru ilə əlaqə üçün) və ya [email protected] ünvanına müraciət edə bilərsiniz.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see282

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see243

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see226

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see191

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see137

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri