Icma.az
close
up
RU
QHT lərə Dövlət Dəstəyi Agentliyi: 5 ildə sektor necə dəyişdi?

QHT lərə Dövlət Dəstəyi Agentliyi: 5 ildə sektor necə dəyişdi?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Həmçinin oxuyun:

Yüksələn geosiyasi gərginlik bu nailiyyətlərin kövrəkliyini üzə çıxarır – Prezident

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılmasından 5 il ötür. Bu müddət ərzində QHT sektorunun inkişafı, vətəndaş cəmiyyətinin güclənməsi və dövlət-QHT əməkdaşlığının genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilib.

Bəs Agentliyin fəaliyyəti və ötən 5 ilin nəticələri barədə QHT rəhbərləri nə deyirlər?

Globalinfo.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin beş illik fəaliyyətinə qiymət verərkən bunu sadəcə bir qurumun fəaliyyəti kimi deyil, sektorun istiqamət dəyişikliyi kimi görür:

“Açığı, bir neçə il əvvəl QHT sektoru daha çox layihə yazmaq və ya qrant almaq üzərində qurulmuş bir mühit idi. Sistem yetərli səviyyədə formalaşmamışdı. Əlaqələr fraqmentar, epizodik xarakter daşıyırdı. Dövlətlə münasibətlər çox vaxt formal idi. Bu gün mənzərə bir qədər fərqlidir, dəyişməyə doğru gedir. Ən böyük dəyişiklik nədir? Bir pəncərə yanaşmasıdır. Bu, texniki detal deyil, idarəetmə fəlsəfəsinin dəyişməsidir. Artıq hansısa qurumun qapısını döyən tərəf “yad tərəf” kimi görünmür. Dövlət proqramları ilə QHT təşəbbüsləri arasında əvvəllər olmayan bir uyğunlaşma yaranmaqdadır. Bu, o qədər də kiçik məsələ deyil. Bu o deməkdir ki, vətəndaş cəmiyyəti artıq kənardan müşahidə etmir, müəyyən hallarda prosesin içindədir, tərəfdaşdır, tərəfdaşa çevrilməkdədir”.
Ə.Nuriyev qeyd edib ki, bu beş ilin əsas nəticəsi təkcə əməkdaşlıqla məhdudlaşmır:

“Əsas nəticə sektorun saydan keyfiyyətə keçididir. İndi layihələrin çox olması kifayət etmir, onların təsiri, davamlılığı və real nəticələri soruşulur. Digər mühüm məqam isə Azərbaycan QHT-lərinin artıq təkcə daxili mühitlə kifayətlənməməsidir. Son illərdə görürük ki, onlar beynəlxalq platformalarda – qlobal cənub təşəbbüslərində, türk dövlətləri çərçivəsində və digər platformalarda daha çox görünür, tərəfdaşlıq qurur, bəzi hallarda regional təşəbbüslərlə çıxış edirlər. Bu da sektorun inkişaf etdiyini göstərir. Amma burada dayanmaq olmaz. Açığı, ən çətin mərhələ indi başlayır. Əsas sual budur: QHT-lər sadəcə layihə icraçısı olaraq qalacaq, yoxsa dövlət siyasətinə təsir edən real institutlara çevriləcək? Bunun üçün artıq başqa keyfiyyət lazımdır, daha güclü peşəkarlıq, daha açıq və rəqabətli əməkdaşlıq mexanizmləri və ən əsası qərarların hazırlanmasında real iştirak. Əgər bu mərhələ keçilərsə, onda biz həqiqətən güclü və təhsilli vətəndaş cəmiyyətindən danışa bilərik. Bu beş ilin yekununu bir cümlə ilə deyə bilərəm ki, Agentlik QHT-lərə sadəcə dəstək vermədi, onları sistemin bir hissəsinə çevirməyə başladı”.

Əliməmməd Nuriyev

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının sistemli şəkildə təşkil olunması və qeyri-hökumət təşkilatlarının dəstəklənməsi üçün xüsusi institusional mexanizmin mövcudluğu mühüm əhəmiyyət kəsb edir:

“Bu baxımdan QHT-lərin fəaliyyətinin təşviqi, onların problemlərinin araşdırılması və digər dövlət qurumları ilə əməkdaşlığının gücləndirilməsi üçün vahid platformanın yaradılması vacib addım idi. Məlum olduğu kimi, bu istiqamətdə əsas dönüş nöqtəsi 2017-ci ildən etibarən formalaşmağa başladı və konsepsiya zamanla daha da təkmilləşdirildi. Nəticə etibarilə, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi əvvəlki QHT Şurasının bazasında yaradıldı və yeni dövrün tələblərinə uyğun prioritetlər müəyyənləşdirildi. Bu dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əgər əvvəllər yerli QHT-lər əsasən daxili layihələrlə kifayətlənirdilərsə, artıq onların beynəlxalq layihələrdə iştirakı və qlobal platformalarda təmsil olunması üçün geniş imkanlar yaranıb. Bu gün Azərbaycan QHT-ləri Avropadan Amerikaya, Asiyaya qədər müxtəlif coğrafiyalarda layihələr həyata keçirir”.

QHT rəhbəri bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti nəticəsində qurum beynəlxalq arenada donor kimi tanınmağa başlayıb:

“Eyni zamanda, Azərbaycan vətəndaş cəmiyyəti institutları da tərəfdaş qismində beynəlxalq platformalarda daha fəal iştirak edirlər. Bundan əlavə, Azərbaycan beynəlxalq səviyyədə mühüm təşəbbüslərlə çıxış edərək iki vacib platformanın yaradılmasına nail olub. Onlardan biri qlobal QHT platformasıdır ki, bu təşəbbüs dünyanın üçdə ikisini əhatə edən geniş coğrafiyanı birləşdirir. Azərbaycan bu platformada təşəbbüskar kimi çıxış edərək 100-dən artıq ölkədən yüzlərlə qeyri-hökumət təşkilatını bir araya gətirib. Bu platforma həm Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə xidmət edir, həm də qlobal çağırışların vahid müzakirə məkanında müzakirə olunmasına şərait yaradır. Sözsüz ki, bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının Agentlikdən müəyyən gözləntiləri də mövcuddur. Bu gözləntilər əsasən dövlət dəstəyinin artırılması, QHT nümayəndələrinin beynəlxalq səfərlərdə və platformalarda iştirak imkanlarının genişləndirilməsi, eləcə də sektorun potensialının gücləndirilməsi üçün təlim və resursların artırılması ilə bağlıdır”.

C.Hüseynzadə hesab edir ki, bu istiqamətdə səsləndirilən məsələlər davamlı müzakirə predmetidir və Agentlik rəhbərliyi tərəfindən nəzərə alınır:

“Xüsusilə maliyyə resursları ilə bağlı məsələlər ümumi iqtisadi proseslərlə bağlı olsa da, mövcud imkanlar çərçivəsində addımların atılması gözləniləndir. Ümid edirik ki, gələcəkdə qeyri-hökumət təşkilatlarının qaldırdığı digər məsələlərin də həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Aprel 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri