Icma.az
close
up
RU
QHT lərin verdiyi orden medallar: “Hamısı saxta mükafatlardır”

QHT lərin verdiyi orden medallar: “Hamısı saxta mükafatlardır”

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət ordeni və medalları yalnız Prezident tərəfindən verilir”. 

Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, dövlət təltifləri ilə bağlı qaydalar Milli Məclis tərəfindən qəbul edilir: 

“Yəni ayrı-ayrı orden və medallar haqqında qanunlar qəbul edilir. Lakin bütövlükdə dövlət təltifləri sadəcə Prezident tərəfindən Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq verilir. Hər hansısa digər qurumun və ya şəxsin “orden” və “medal” verməsi qanuni əsas daşımır. Bu, ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, dövlətin rəsmi mükafatlandırma institutuna da zərər vurur”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bir müddət əvvəl Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bununla bağlı bəyanatla çıxış ediblər: 

“Açıq şəkildə bildirdilər ki, son dövrlərdə bəzi qeyri-rəsmi qurumlar tərəfindən verilən mükafatlar saxtadır və hüquqi qüvvəyə malik deyil. Bəyanatda qeyd olunub ki, belə hallara qarşı ciddi tədbirlər görüləcək və ictimaiyyət diqqətli olmalıdır. 

Azərbaycanda uzun müddətli təcrübədə görünürdü ki, qeyri-hökumət təşkilatlarının statusuna uyğun olmayan fəaliyyətlər həyata keçirilir. Fəaliyyətlərdən biri də “orden” və yaxud “medal”ın təsis edilməsi, ayrı-ayrı şəxsləri mükafatlandırılmasıdır”. 

Ekspert qeyd edib ki, QHT-lər və vətəndaş cəmiyyəti bu və ya digər şəxslər barəsində fəxri fərman verə bilər: 

“Bu, onların fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Amma orden və medallar təsis və təqdim etmək kimi səlahiyyətləri yoxdur. Heç şübhəsiz ki, bir sıra hallarda belə “orden” və “medallar”ın QHT-lər, vətəndaş cəmiyyəti və ya dövlətdən kənar digər təsisatlar tərəfindən yaradılması daha çox korrupsiya xarakteri də daşıyırdı. Çünki həmin “orden” və “medallar”ın hazırlanmasına vəsaitlər cəlb olunurdu. Bəzi qurumlarla və şəxslərlə “orden” və “medal”ın verilməsi ilə bağlı danışıqlar aparılırdı. Bunun üçün maddi dəstək istəyirdilər”. 

Ə.Nuriyev vurğulayıb ki, belə “orden” və “medallar” yaratmaqla, onları bir çox şəxslərə bunu təqdim etməklə əvəzində pul alırdılar: 

“Əlbəttə ki, bunlar hamısı saxta mükafatlardır. Saxta mükafatların yayılması isə ilk növbədə cəmiyyətdə ictimai etimadın manipulyasiyasıdır. Bu, həqiqətən dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin əməyinə kölgə salır, ictimai dəyərin ucuzlaşmasına səbəb olur.  Bəzən bu proses maddi maraqlarla da müşahidə olunub və korrupsiya elementlərini özündə ehtiva edirdi. Ona görə də həm dövlət qurumları, həm də ictimaiyyət belə hallara qarşı daha sərt təpki göstərməlidirlər. Belə manipulyasiya hallarına aldanmamalıdırlar. Cəmiyyət aydın bilməlidir ki, dövlət mükafatları yalnız rəsmi qaydada verilir”. 

Mütəxəssis bir daha söyləyib ki, medal və ordenlərin verilməsi sadəcə Prezidentin Sərəncamı ilə təsdiqlənir: 

“Qanunsuz yollarla əldə edilən “medallar”, “ordenlər”in nümayiş etdirilməsi isə məsuliyyət yarada bilər. Hesab edirəm ki, QHT-lər tərəfindən orden və medalların hazırlanması bütövlükdə vətəndaş cəmiyyətinin özünə də zərbələr vurur. Nəticədə, onu olan etimadı azalmasına səbəb olur. 

Ona görə də arzu edərdim ki, vətəndaş cəmiyyəti və QHT-lər bu fəaliyyətdən çəkinsinlər. Hər kəs bilməlidir ki, qeyri-qanuni mükafatlar yaratmaq, təsis etmək orden və medalı gələcəkdə onların qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsinə gətirib çıxara bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: QHT-lər orden-medallar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri