Icma.az
close
up
RU
QHT narkomaniyaya qarşı maarifləndirmə tədbirlərini davam etdirir FOTOLAR

QHT narkomaniyaya qarşı maarifləndirmə tədbirlərini davam etdirir FOTOLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Demokratiya və İnsan Hüquqları Komitəsi tərəfindən həyata keçirilən “Narkomaniyanın erkən aşkarlanması və profilaktikası” adlı layihə çərçivəsində növbəti tədbir 17 iyul 2025-ci il tarixində Şirvan şəhərində təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və ümumilikdə Şamaxı, Şirvan, Hacıqabul, Şabran, Xaçmaz və Quba rayonlarını əhatə edir. Üç ay müddətinə nəzərdə tutulmuş layihənin əsas məqsədi pedaqoji kollektivin – müəllim və məktəb psixoloqlarının – narkotik vasitələrin tibbi zərərləri və gənclər arasında erkən aşkar edilərək profilaktika tədbirlərinin gücləndirilməsi ilə bağlı maarifləndirilməsidir.

Şirvanda keçirilən tədbirdə 22 nəfər iştirak edib. Tədbiri Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rəfail Nəsirov açaraq iştirakçıları salamlayıb və layihənin əhəmiyyətindən danışıb. Daha sonra layihənin təşkilatçısı N.Qəniyeva donor təşkilat və layihənin məqsədləri haqqında məlumat verib.

Tədbirin təlimçisi, həkim-narkoloq Ayxan Bağırov narkomaniyanın tibbi fəsadları barədə geniş təqdimatla çıxış edib. Təqdimat zamanı aşağıdakı mövzulara toxunulub:

Narkotik vasitələrin növləri və təsirləri

Narkomaniyaya səbəb olan sosial və psixoloji amillər

Asılılığın yaranma mexanizmi və nəticələri

Mübarizə yolları və erkən müdaxilə üsulları

Narkoloji testlərin rolu və əhəmiyyəti

Tədbir zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb və şəxsi təcrübələr bölüşülüb. Daha sonra iştirakçılar 4 kiçik qrupa bölünərək verilən suallar ətrafında müzakirələr aparıb və təqdimatlar ediblər.

Tədbirin sonunda isə iştirakçılar üçün çay süfrəsi təşkil olunub.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri