Icma.az
close
up
RU
QHT Naxçıvan MR da maarifləndirici tədbirlər keçirəcək

QHT Naxçıvan MR da maarifləndirici tədbirlər keçirəcək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətəndaş Tribunası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsninqaliblərindən biri olaraq “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsinin icrasına başlayır.Layihə çərçivəsində Naxçıvan MR-da bir sıra maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin ideyası müxtəlif şəxslərin,  qrup və təşkilatların regional və beynəlxalq səviyyələrdə sosial media vasitəsilə Azərbaycanın milli maraqlarına və milli-mənəvi dəyərlərinə qarşı yönələn təhdidlərinin təhlili vəcavablandırılmasından ibarətdir. Layihə çərçivəsində bu təhdidlərlə bağlı xüsusi metodoloji kitabça çap ediləcək, Naxçıvan və Şərur şəhərlərində yerli ictimai fəallar və əhalinin müxtəlif təbəqələrini təmsil edən insanlarla  görüşlər keçiriləcək.


Sosial medianın ən populyarplatformaları olan Facebook, Youtube, Tiktok, İnstaqram və başqa şəbəkələrdə həm fərdi şəkildə aparılan, həm də müxtəlif mərkəzlərdən yönəldilən şəxslərin, bloqqerlərin və qrupların apardığı anti-Azərbaycan, anti-Türkiyə təbliğatına biganə qalmaq olmaz.Qarabağın erməni işğalından azad etmiş Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi bəzi regional və beynəlxalq qüvvələrin xoşuna gəlmir. Azərbaycan torpaqlarını daim işğal altında saxlamaqla onun hərbi, iqtisadi-siyasi, mənəvi-psixoloji dirçəlişinə imkan verməmək və zəngin təbii sərvətlərini talamaq istəyən bu  qüvvələr az qala vahid platforma ilə ölkəmizə qarşı ideoloji təxribatlara, təhdidlərə və şər-böhtan kampaniyalarına əl atırlar. Onlar xalqımızın milli birliyini sarsıtmaq üçün milli-mənəvi dəyərlərimiziaşağılamağaçalışırlar. Ermənistanın silahlandırılması ilə müşayiət olunan bu revanşizm kampaniyası gün-gündən genişlənməkdədir. 


Kütləvi əhatəsi olan sosial media belə ideoloji təxribatlar və hücumlar üçün əlverişli baza rolunu oynamaqdadır. Burada planlı şəkildə müstəqil Azərbaycan dövlətçiliyinə, ölkəmizin və xalqımızın tarixinə, mədəniyyətinə qarşı total saxtalaşdırma və təhrifetmə, bir sözlə, intensiv ideoloji təxribat gedir. Bunlara, faktiki olaraq, bütün sahələr üzrə erməni iddiaları, din pərdəsi altında yürüdülən işğalçı təhdidlər, xalqımızın milli-mənəvi dəyərlərinin aşağılanması, “demokratiya” pərdəsi altında bəzi dağıdıcı Qərb təmayüllərinin təşviqi və sair daxildir. Sosial şəbəkələrə güclü axınla daxil olan bu qarayaxma kampaniyalarına müvafiq cavabların verilməsi təkcə vətəndaş cəmiyyəti fəallarının deyil, hər bir azərbaycanlının, bütün sosial media istifadəçilərinin  borcudur. Bunun üçün istər əhalinin müxtəlif təbəqələri arasında, istərsə də yerli ictimai fəallar və media təmsilçiləri arasında milli maraqlar naminə davamlı mənəvi səfərbərlik işinin aparılması nəzərdə tutulur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 May 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri