Icma.az
close
up
RU
QHT Neftçalada növbəti kulturoloji lektoriya keçirib

QHT Neftçalada növbəti kulturoloji lektoriya keçirib

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsinin növbəti tədbiri – kulturoloji lektoriyası 02 iyul 2025-ci il tarixində Neftçala şəhər Mehman Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyada keçirildi.

Ulu Öndərin və Şəhidlərimizin ruhu yad edildikdən sonra tədbiri açan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Esmira Məmmədzadə layihə haqqında məlumat verərək layihə rəhbərini təqdim etdi. Tədbirdə iştirak edən şagirdlər və valideynlərlə uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub. Uşaq səfirlərinin maraqlı çıxışları oldu. İştirakçılar müzakirələrdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması, informasiyaya həssaslığı, mobil smartfonların gətirdikləri asılılıq, keyfiyyətli tədrisə təsir edən amillər, valideynlərin uşaq tərbiyəsində qarşılarına qoyduqları məqsəd və vəzifələr, məktəb ailə əlaqələri və s., mövzulara dair Konstitusiyadakı hüquq və vəzifələrə toxunulub.

İntellektual və ruhi mədəniyyət, mədəniyyətin bütün sferalara təsiri, vətəndaş-şəxsiyyətin, kamil, mədəni insanın formalaşdırılmasında təhsilin, tərbiyənin, elm və maarifin rolu, ugurlu insanın mədəni inkişaf formulu barədə iştirakçılara layihə rəhbəri Şahin Rəcəbov tərəfindən geniş bilgilər verildi, suallar cavablandırıldı. İnteraktiv və səmərəli müzakirələr şəklində keçirilən görüşdə valideynlərin və uşaqların müxtəlif arzu və təklifləri səsləndirildi. Böyük maraqla qarşılanan tədbirdə valideynlər tərəfindən belə tədbirlərin davamlı olması arzulandı.

“Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” layihəsinin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrin kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam, milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət  yetişdirlməsinə töhvə verməkdir.

Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, Bakıda 3 məktəb icmasını və 10 rayonu – Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlının ailə nümayəndələrini əhatə edəcəkdir. Bakı və regionlar üzrə  13 kulturoloji lektoriyanın keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub. Layihənin növbəti tədbiri Yardımlıda olacaqdır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri