QHT nümayəndələrini dövlət təltiflərinə bu qurum təqdim edəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
QHT nümayəndələrinin dövlət təltiflərinə təqdim olunması ilə bağlı QHT Agentliyinə səlahiyyət verilib
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında” Fərmanla Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin səlahiyyətləri genişləndirilib.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər veri ki, Fərmana əsasən, Agentliyin Nizamnaməsinin 3.2.13-cü yarımbəndinə dəyişiklik edilib. Belə ki, “əməkdaşlarını” sözündən sonra “və qeyri-hökumət təşkilatlarının nümayəndələrini” sözləri əlavə olunub, həmçinin həmin yarımbənddə yer alan “onların” sözü “habelə Agentlik əməkdaşlarının” sözləri ilə əvəz edilib.
Yenilənmiş redaksiyaya əsasən, 3.2.13-cü yarımbənd aşağıdakı kimi müəyyənləşdirilib:
- əməkdaşlarını, qeyri-hökumət təşkilatlarının nümayəndələrini dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, Agentlik əməkdaşlarının həvəsləndirilməsi üçün tədbirlər görmək.
Beləliklə, edilən dəyişikliklə Agentliyin yalnız öz əməkdaşlarını deyil, eyni zamanda QHT nümayəndələrini də dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək səlahiyyəti rəsmən təsbit olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 05 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















