Icma.az
close
up
RU
QHT şəhid ailəsini ziyarət edib FOTO

QHT şəhid ailəsini ziyarət edib FOTO

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kollektivi 26 iyun 2025-ci ilə “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsinin fəaliyyət planına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasıının 107-ci il dönümü günündə müharibə veteranları və ictimaiyyət nümayəndələri Vətən Müharibəsinin gənc şəhidi Bayramov Əli Nadir oğlunun ailəsi ziyarət edilərək, ailənin tibbi-sosial ehtiyaclarını öyrənib, ailəyə mənəvi dəstək verdi.
İlk öncə, şəhid Əli Bayramovun Binəqədi rayonunda yerləşən Şəhidlər Xiyabanında məzarı və onunla bərabər 16 şəhidin məzarları ziyarət edilərək, şəhidin ata-anasına böyük ehtiramla baş sağlığı verərilərək onlara səbir diləndi.

Daha sonra şəhid Əli Bayramovun Binəqədi rayonu, 1-ci Mədən korpusundakı evlərində şəhidimizin Anım-Məclisi təşkil edilərək ailəyə mənəvi dəstək verildi.
Layihənin rəhbəri, “ARBƏD” Fondunun prezidenti Sərraf Orucov layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Konstitusiya və Suverenlikili” elan etməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumları tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.

Bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Bu kateqoriyadan olan insanların problemləri yalnız onların deyil, bütün cəmiyyətin əsas qayğısı sayılmalıdır.
Hər birimiz, şəhidlərimizə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalıyıq.
Qarabağda və Vətən müharibəsində Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək şəhadətə ucalmış şəhid ailələri arasında çoxlu sayda gənc yaşlarında şəhidlərimiz olmuşdur. Belə aillərimizdən biri də şəhid Əli Bayramovdur.

Ailənin kiçik oğlu Əli Bayramov Azərbaycan Silahlı Qüvəllərinin tərkibində cəsur döyüşçü kimi, Azərbaycanın torpaqlarının ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən müharibəsində 05.05.2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad olunmasında qəhramancasına döyüşərək canını qurban verərək Şəhidlik zirvəsinə ucalmışdır.
Əli Bayramov Füzuli, Qubadlı, Şuşa rayonlarının azad olunmasında göstərdiyi igidliklərə görə 3-cü dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni, “Vətənə Uğrunda ”, “Füzulinin azad olunmasına”, “Qubadlının azad olunmasına”, “Şuşanın azad olunmasına” medalları ilə təltif olunmuşdur.
Şəhid Əli Bayramovun atası Nadir Bayramov, anası Səbinə Bayramova çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və həmçinin Azərbaycanda şəhid ailələrinə mənəvi dəstək və diqqət-qayğı verərək həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsinin icrasına görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “ARBƏD”- Fondunun kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

Daha sonra şəhid Əli Bayramovun anası Bayramova Səbinə Azad qızı Nümunəvi Şəhid anası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman övlad yetişdirdiyinə görə rəmzi Azərbaycan bayrağı hədiyyə edilərək “FƏXRİ FƏRMAN”-la təltif edildi.

“ARBƏD”- Fondunun Binəqədi rayon şöbəsinin sədri Teymur Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan rayon Veteranlar Təşkilatının sədri Ənvər Qarayev, “Qızıl Zəngilan” Jurnalının redaktoru Möhəbbət Qurbanov, “ARBƏD”- Fondunun Nizami rayon şöbəsinin sədri Əskər Babayev və başqa məclis iştirakçıları çıxış edərək şəhid ailələrinə bildirdilər ki, “Canlarını Vətən, millət, dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar bəşəri, humanist dəyərlər nöqteyi-nəzərdən şərəfli və müqəddəs bir missiyanın daşıyıcılarıdır.
Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən heç vaxt unudulmayacaq, daim nəsillərdən-nəsillərə keçərək, həqiqi vətənpərvərlik nümunəsi kimi, dərin ehtiramla yad ediləcəkdir!”
Məclisdə həmçinin şəhidin ailəsinin tibbi-sosial məsələləri ilə maraqlanaraq, ailəyə onları maraqlandırılan şəhid ailələrinə şamil edilmiş güzəştlər haqqında ətraflı məlumat verildi.
Tədbirin sonunda şəhid Əli Bayramovun ev muzeyi ziyarət edilərək xatirə şəkilləri çəkildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri