Icma.az
close
up
RU
QHTçilər Bakıda Pallonenin göstərişi ilə şiddətə məruz qaldı

QHTçilər Bakıda Pallonenin göstərişi ilə şiddətə məruz qaldı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Axar.az bəyanatı təqdim edir:

“Biz – bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Pallonenin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.

İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Pallone Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.

Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhz edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.

Dinc aksiya zamanı Frank Pallonenin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq.

Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Pallone barəsində hüquqi tədbirlər görülməsini tələb edirik.

Frank Pallone Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.

Biz hüquq mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik”.

İmza:

Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri

Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri

Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri

Amin Məmmədov - “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi

Asim Məmmədov - “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri

Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi

Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri

Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı

Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri

Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri

Ruxsarə Axundova - “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri

Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri

İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri

Rəşad Mehdiyev- "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri

Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı

Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri

Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri

Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri

Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri

Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri

Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri