Qida əlavələri ilə bağlı CƏRİMƏLƏR ikiqat ARTIRILDI
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Bioloji aktiv qida məhsulunun həkim reseptinə yazılmasına görə cərimələr artırılır.
Bizim.Media xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
Günay Şahmar, Bizim.Media
Baxış sayı:71
Bu xəbər 10 Dekabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















