Icma.az
close
up
RU
Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR FAKT BUDUR!

Qida təhlükəsizliyimizin ÖZÜ TƏHLÜKƏDƏDİR FAKT BUDUR!

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar dönərdən zəhərlənmə hadisələrinin sayı artıb.

Cəld, ayaqüstü, qısa zamanda hazırlanan və nisbətən ucuz başa gələn dönərlə bağlı nəinki paytaxtda, eləcə də bölgələrdə vətəndaşlar problemlə üzləşirlər.

Qeyd edək ki, ötən il 9 nəfər Şəmkirdə dönərdən zəhərlənərək xəstəxanaya müraciət etmişdi. Bundan başqa toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatmışdı.

14-15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Bugünlərdə isə Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Bu da bir faktdır ki, dönər bir çox dünya ölkələrində istehlak edilir. Bəs ölkəmizdə dönər istehlakı zamanı zəhərlənmələrin qarşısını necə almaq olar?

Məsələ ilə bağlı “Azad İstehlakcılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a bildirib ki, havanın isti keçməsi istənilən kimyəvi reaksiyanın güclənməsinə səbəb olan katalizatordur:

"Havaların isti keçəsi zamanı mallar da tez xarab olur, sıradan çıxır. Dönərxanalarda zəhərlənmələrin əsas səbəbini əsasən ətdə axtarırlar. Ətdən zəhərlənmələr çox nadir hallarda olur.

Ətdən zəhərlənmə halı olduqda pis qoxu verir, rəngi göyərir, ona heç heyvanlar da yaxın durmur. Ancaq dönərxanalarda yararlılıq müddəti 4 saat olan mayonezlər saxlanılır. Onlar müəyyən mənfi temperaturda saxlanılmalıdır. Bundan başqa bu gündən sabaha saxlanılan dönərlər də təhlükəli ola bilər.

Təəssüflər olsun ki, dönərxanalarda monitorinqlər aparanda bu kimi amillərə fikir verilmir. Dönərlər bu gündən sabaha qalmamalıdır. Sabaha qalan dönər soyuducuda saxlasan belə, o artıq çirklənmiş hesab olunur. Ona görə də elə etmək lazımdır ki, sabaha dönər qalmasın. Dönərdən zəhərlənmə halları illərdir ki, davam edir.

Bu gün AQTA işinin öhdəsindən gələ bilmir. Elə bir sənəd hazırlanmalıdır ki, bu dönərxanalarda olmalıdır. İstehlakçılar da bilməlidir ki, bu sənəd olan dönərxanadakı dönər təhlükəsizdir. Lakin hələ o sənəd də hazır deyil. Bişən dönərə o sənədin aid olub-olmadığı da başqa bir problemdir.

Ona görə mükəmməl üsul tapılmalıdır ki, dönərxanalarda zəhərlənmə halları minimuma ensin. Bu proses davam edəcək. Bunun da əsas səbəblərindən biri odur ki, AQTA-nın cəld yoxlama imkanları yoxdur.

Onlar planlı yoxlama həyata keçirirlər. Öncədən deyirlər ki, "sizi yoxlamağa gəlirik". Bu kimi hallara son qoyulmalıdır və cəld yoxlama, müdaxilə imkanlarına malik olmalıdırlar. Bununla yanaşı istehlakçılar da diqqətli olmalıdırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri