Icma.az
close
up
RU
Qıfıl başıma dəydi, yıxıldım Lənkəranda qonşular arasında dava

Qıfıl başıma dəydi, yıxıldım Lənkəranda qonşular arasında dava

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Lənkəranda 61 yaşlı kişi qonşusu olan qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 16-da rayonun kəndələrindən birində baş verib. 1965-ci il təvəllüdlü Hətəm həmin gün saat 16 radələrində yaşadığı məhəllədə həmkəndlisi və qonşusu olan Tahirənin yaşadığı evin qarşısına gəlib. 
O, dəmir darvazaya yumruq və təpiklərlə zərbələr endirib, Tahirənin və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyüb. Bu zaman Tahirənin küçəyə çıxaraq ona irad bildirməsi ilə əlaqədar aralarında yaranmış sözlü mübahisənin davamı olaraq, hər hansı bir səbəb olmadan onun ünvanına uca səslə nalayiq ifadələr işlədib. 
Daha sonra Tahirənin üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib və üzərində olmuş dəmir materialdan hazırlanmış qıfılı, əlində olan istintaqla müəyyən edilməyən mətbəx bıçağını silah qismində istifadə edib. 
Hətəm dəmir qıfılı Tahirənin sifət nahiyəsinə ataraq onun sol gicgah nahiyəsinə xəsarət yetirib. Həmçinin əlindəki bıçaqla sol əl nahiyəsinə zərbə vurub. 
İş üzrə ifadə verən Hətəm ona elan olunmuş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, mayın 16-da bazardan evə gələrkən yaşadığı evin həyət qapısını açıb:
Bu zaman Tahirə əlində bel ilə üstümə gəldi və nalayiq söyüşlərlə məni təhqir etməyə başladı. Həmin söyüşləri Tahirəyə qaytardım. Lakin həmin vaxt əlimdə heç bir bıçaq olmayıb. Ona doğru qıfıl atmamışam. Əksinə həmin mübahisədən sonra Tahirənin əri Məhəmməd məni dəmir parçası ilə ayağımdan vurdu. Həmin zərbə nəticəsində xəsarət aldım. Aldığım xəsarətdən özümü itirərək yerə yıxıldım. Bir müddətdən sonra ora polis əməkdaşları gəldilər. Məni də xəstəxanaya apardılar. Tahirə ilə qonşuyuq. Onun ailəsi ilə aramızda uzun illərdir ki, mübahisə var. Hətta bir neçə il əvvəl Tahirənin qaynı mənim evimə hücum edərək, evimin şüşələrini də sındırmışdı”.
İş üzrə zərərçəkmiş Tahirənin sözlərinə görə qonşusu Hətəmlə arasında uzun müddətdir münaqişə var:
“Münaqişənin əsas səbəbi Hətəmin həddindən artıq spirtli içki qəbul edərək, dəfələrlə ünvanıma nalayiq ifadələr işlətməsi olub. Məlum hadisə günü, saat 16 radələrində yaşadığım evdə olan zaman Hətəmin həyətdə olan darvazanı döyməsini və nalayiq ifadələr işlətməsini eşitdim. Buna görə həyətə düşərək darvazanı açdım və Hətəmdən darvazanı niyə döydüyünü soruşdum. O, ünvanıma nalayiq ifadə işlətdiyi üçün mən də onun ünvanına eyni sözləri işlətdim və darvazasının qarşısından çəkilməsini istədim. Həmin vaxt Hətəm əlində olan qapını kilidləmək üçün nəzərdə tutulmuş dəmir qıfılı sifət nahiyəmə atdı və həmin dəmir qıfıl sifətimin sol nahiyəsinə dəydi. Zərbənin təsirindən öz müvazinətimi itirdim. Hətəm üzərində olan mətbəx bıçağını çıxardaraq üzərimə gəldi. Hətəmin üzərimə bıçaqla gəldiyini gördüm və əlim ilə onun qarşısını almağa çalışdım. Bu zaman Hətəm əlində olan mətbəx bıçağı ilə sol əlimin iç nahiyəsinə bir zərbə vurdu”. 
Zərərçəkmiş qeyd edib ki, Hətəmin içkili olduğu üçün onun əlindən çıxaraq həyətə daxil olub və darvazanı bağlayıb: “Baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdim. Lakin o, həyətində olan darvazanı döyməyə davam etdi. Daha sonra gedərək qonşuluqda yaşayan qardaşım oğlunun darvazasını təpiklə döyməyə başladı. Mən Hətəmin harada yıxılmasının və ayağından necə xəsarət almasını görməmişəm”.
Bu cinayət işinə Lənkəran Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və o, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən o, hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri