Qırğızıstan ABŞ müzakirələri baş tutub
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Qırğızıstan daxili işlər naziri Ulan Niyazbekov Səmərqənddə ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotiklər və Hüquq-Mühafizə orqanları ilə iş üzrə Bürosunun Avropa və Asiya proqramlarının direktoru Mark Tervakoski ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş transmilli narkotik təhdidlərinə qarşı mübarizə üzrə beynəlxalq forum çərçivəsində baş tutub.
Tərəflər insan alveri, narkotik qaçaqmalçılığı, ictimai təhlükəsizlik və transmilli təhdidlərə qarşı mübarizə sahələrində gələcək əməkdaşlığı müzakirə ediblər.
Müzakirə zamanı həmçinin rəqəmsal kriminalistika sahəsində birgə layihələrin hazırlanması, kibercinayətkarlıqla mübarizə və hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsi məsələləri də müzakirə olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:158
Bu xəbər 21 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















