Qırğızıstan pasportları keyfiyyətinə görə dünyada ilk onluqdadır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 aprel, AZƏRTAC
Qırğızıstanın beynəlxalq pasportlarının keyfiyyət və müasirlik baxımından dünyada ilk 10 ölkə arasında olduğu bildirilib.
AZƏRTAC Qırğızıstanın “Kabar” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə parlament deputatları “Uçqun” dövlət müəssisəsinə səfərdən sonra məlumat veriblər. Bildirilib ki, ölkədə son illərdə beynəlxalq pasportlar, şəxsiyyət vəsiqələri və sürücülük sənədlərinin yerli istehsalı təşkil olunub. Yeni nəsil sənədlərin yüksək təhlükəsizlik xüsusiyyətlərinə malk olduğu və beynəlxalq standartlara uyğunluğu vurğulanıb.
Qeyd edilib ki, bu nailiyyət ölkənin sənəd istehsalı sahəsində mühüm irəliləyiş hesab olunur.
Bu mövzuda digər xəbərlər:Qırğızıstan pasportları ruslar üçün əlçatmaz olur...
06 İyul 2025 22:15
Bakı metrosu sıxlığa görə dünyada ilk onluqdadır
12 May 2026 23:45
Mirabdulla Qırğızıstan klubunda
02 İyul 2025 14:07
Qırğızıstan teatrı Bakıda!
29 Mart 2025 19:43
Karateçilərimizin Qırğızıstan uğuru
02 Fevral 2025 00:42
Baxış sayı:160
Bu xəbər 08 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















