Qırğızıstan prezidenti Azərbaycana səfər edəcək Doğru Xəbərlər
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana işgüzar səfəri çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
Oxu.Az-ın “Sputnik Qırğızıstan”a istinadən xəbərinə görə, bu barədə ölkənin Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.
Məlumata görə, Sadır Japarov COP29-un plenar iclasında çıxış edəcək.
Azımbakiyevin sözlərinə görə, Japarovun, həmçinin, Qırğızıstanın Azərbaycan və Monqolustanla COP29 çərçivəsində birgə təşkil etdiyi “Yüksək səviyyədə dialoq: Dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması” adlı tədbirdə çıxışı da planlaşdırılır.
Eyni zamanda, Qırğızıstan prezidentinin COP29 zamanı ikitərəfli görüşləri də nəzərdə tutulur.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Noyabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















