Qırğızıstan Prezidenti: Gözümün içinə baxa baxa mənə yalan danışdılar
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Qırğızıstanda IV Xalq Qurultayının dekabrın 26-da keçirilən ikinci günündə nümayəndələrdən biri son parlament seçkiləri ilə bağlı sual verib.
Turkustan.az xəbər verir ki, buna cavab olaraq Qırğızıstan Prezidenti Sadır Japarov mövqeyini açıqlayıb.
Dövlət başçısı vətəndaşların səsvermədə zəif fəallıq göstərməsindən təəssüfləndiyini bildirib.
“Həmçinin, zalda olanlara müraciət edərək son seçkilərdə kimlərin iştirak etdiyini soruşdum və səs verənlərdən əllərini qaldırmalarını istədim. Hamı istisnasız olaraq əl qaldırdı. Bu da canlı yayımda göstərildi. Mən əvvəlcədən videoyazının aparıldığı barədə xəbərdar etmişdim. Məni təəccübləndirən və bir qədər də məyus edən məqam isə regionlardan seçilmiş bəzi (qurultay üzrə) nümayəndələrin düşünmədən yalan danışmaları oldu.
Mərkəzi Seçki Komissiyası təsdiqlədi ki, qurultayın 71 nümayəndəsi səsvermədə iştirak etməyib. Adlarını çəkərək onları çətin vəziyyətə salmayacağam, onsuz da hər biri hər şeyi bilir”, - Sadır Japarov qeyd edib.
Xatırladaq ki, IV Xalq Qurultayı üçün Qırğızıstanın müxtəlif bölgələrindən 150 nümayəndə seçilib./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















