Qırğızıstan Prezidentinin adını səhv saldı İşdən QOVDU
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Protokol Xidmətinin rəisi Qaqik Vanoyanı Sadir Japarovu Qırğızıstanın deyil, Qazaxıstanın Prezidenti adlandırdığına görə işdən çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Nəşr bildirir ki, "İşdən çıxarılmanın rəsmi səbəbləri göstərilməyib. Lakin hökumət mənbələrinin məlumatına görə, tədbirdə baş verən hadisə Vanoyanın istefasına səbəb olub".
Məsələ 17 oktyabrda Ermənistanda Paşinyan və Japarovun birgə brifinqi ilə bağlıdır. Hazırlanmış protokol sənədindən oxuyan Paşinyan Qırğızıstan Prezidenti Sadir Japarovu Qazaxıstan Prezidenti adlandırıb. Nəşr sənədin hazırlanmasında səhvə yol verildiyini və baş nazirin qeyri-dəqiqlikdən xəbərsiz olaraq onu mexaniki şəkildə oxuduğunu ehtimal edib. Japarovun təəccübü hadisəyə diqqət çəkib.
Saytın məlumatına görə, son səkkiz ildə Ermənistan hökumətində çoxsaylı protokol xidməti rəhbərləri bir-birini əvəz ediblər. Qeyd olunur ki, hər belə vəziyyətdə günahkar məhz bu məmur olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Oktyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















