Qırğızıstanda həbsxanalarda nizamintizama süni intellektlə nəzarətə başlanılıb
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
21 saylı istintaq təcridxanası və 27 saylı cəzaçəkmə müəssisəsinin ərazisində süni intellekt pilot rejimdə tətbiq edilib
Qırğızıstanda islah müəssisələrində məhbusların asayişə riayət etməsinə nəzarət etmək üçün süni intellektdən istifadə olunmağa başlanılıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda qanun pozuntularının qarşısını almaq üçün 21 saylı istintaq təcridxanası və 27 saylı cəzaçəkmə müəssisəsinin ərazisində süni intellekt pilot rejimdə tətbiq edilib.
Nazirlikdən qeyd edilib ki, müşahidə kameraları “davaları, insanların icazəsiz toplaşmalarını, yanlış yerdə olmalarını” müəyyənləşdirmək qabiliyyətinə malikdir. Kameralar insanları cinsinə, yaşına və xarici görünüşünə görə də tanıya bilir və bununla da geyim geyinmə qaydalarına riayət olunmasını yoxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















