Icma.az
close
up
RU
Qırğızıstanda “Heydər Əliyev və Azərbaycanın Zəfəri” adlı konfrans keçirililib

Qırğızıstanda “Heydər Əliyev və Azərbaycanın Zəfəri” adlı konfrans keçirililib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulu öndərin anım günü ilə bağlı Qırğızıstan-Türkiyə Manas Universitetində  “Heydər Əliyev və Azərbaycanın Zəfəri” adlı konfrans keçirilmişdir. Konfransda Manas Universitetinin müəllim-professor heyəti, Qazaxıstanın Qırğız Respublikasındakı (QR) səfiri, Şimali Kipr Türk Cumhuriyyətinin QR-dəkı ticarət nümayəndəsi, Bişkek şəhərinin merinin müavini, Azərbaycan Gənclər Fondunun Bişkekdə ezamiyyətdə olan əməkdaşı, azərbaycan disporunun nümayəndələri və universitetin tələbələri iştirak etmişlər.  

Tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı çıxışlarından ibarət video-rolik nümayiş etdirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru AlpaslanCeylan açaraq, Heydər Əliyevin dünyanın tanınmış dövlət xadimlərindən, türk dünyasının liderlərindən biri olduğunu söyləmiş, onun Türkiyədə çox sevildiyini və xatirəsinin əziz tutulduğunu bildirmişdir. “Bir millət, iki dövlət ” kəlamını isə Azərbaycan ilə Türkiyə xalqları arasında dostluq və qardaşlığın simvoluna çevrildiyini söyləmişdir. Heydər Əliyev ilə bağlı konfransın Manas universitetində keçirildiyi üçün Azərbaycan Səfirliyinə təşəkkürünü  bildirmişdir. 

Qazaxıstan Səfiri Rafil Coşubayev çıxış edərək, Heydər Əliyevin xatirəsinin Qazaxıstanda da əziz tutulduğunu, onun böyük hörmətlə yad edildiyini və bu günə kimi unudulmadığını söyləmişdir. O Qazaxıstan XİN-də işlədiyi vaxtlarda Heydər Əliyevin Qazaxıstana səfəri zamanı onu müşayiət etdiyini, onunla qısa söhbətlərini, isti görüşmələrini xoş xatirələrlə yada salaraq bütün bunların onun yaddaşında əbədi həkk olduğunu bildirmişdir.  

Bişkek şəhər merinin müavini milliyətcə azərbaycanlı olan Ramiz Əliyev çıxış edərək bir azərbaycanlı olaraq xalqımızın Heydər Əliyev kimi dünya səviyyəli lideri olması ilə fəxr etdiyini, Azərbaycan-Qırğızıstan münasibətlərinin təməlinin H.Əliyev tərəfindən qoyulduğunu və onun xatirəsinin qırğız xalqı üçün də əziz olduğunu söyləmişdir.

ŞKTC ticarət nümayəndəsi öz çıxışında Heydər Əliyevin türk dünyasının lideri olaraq, türk dünyasının formalaşdırılmasında xidmətlərindən danışmışdır. 

Azərbaycan Gənclər Fondunun nümayəndəsi SeyfurHacımuradov çıxışında Azərbaycanda gənclər siyasətinin ideoloji əsaslarının H.Əliyev tərəfindən qoyulduğunubildirərək, azərbaycanlı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətindən həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat vermişdir. 

Sonda səfir Lətif Qəndilov çıxış edərək, konfransın təşkilində göstərilən dəstək üçün Universitetin rektoruna və tədbir iştirakçılarına təşəkkürlərini bildirmişdir. O, öz çıxışında H.Əliyevin həyatının mühüm məqamlarına toxunaraq, həyatının müxtəlif etaplarında Azərbaycan üçün etdiyi bütün işləri xatırlatdı- Sovet Azərbaycanın dövründə Moskvadakı fəaliyyətini, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının (NMR) işğalının qarşısının onun səyləri nəticəsində alındığını, müstəqil Azərbaycan bayrağının ilk dəfə NMR Ali sovetində onun təşəbbüsü ilə qaldırdılmasını, Azərbaycan Respublikasının parçalanmanın və vətəndaş müharibəsinin qarşısının alınmasında misilsiz əməyi barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. L.Qəndilov Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, hərbi quruculuq və ölkəmizin iqtisadi inkişafı haqqında danışaraq Azərbaycanın indiki qələbəsinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamışdır. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı ulu öndərin vəsiyyətinə sadiq qalaraq 44 günlük Vətən Müharibəsində işğal altında olan Azərbaycan torpaqlarının azad edərək ərazi bütövlüyünü təmin etdiyini bildirmişdir (Zəfər Parkının açılışı ilə bağlı video rolik nümayiş etdirilmişdir). Səfir 1998-ci ildə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında H.Əliyevin əməyi və rolu barədə geniş məlumat vermişdir. O, çıxışını ulu öndərin “Ağacımız kəsilməsin, suyumuz quumasın, ocağımız sönməsin” kəlamı ilə tamamlamışdır.  

Sonra  9 dekabr 2024-cü ildə Səfirliyin inzibati binasında qoyulmuş Heydər Əliyevin büstünün açılış mərasiminə dair video çəkiliş nümayiş etdirilmişdir. 

Konfrans Qırğız Respublikasının yerli mətbuatı olan “Вечерный Бишкек” qəzetində geniş işıqlandırılmışdır.

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günündə Səfirliyin əməkdaşları Bişkek şəhərində H.Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada olmuş, onun məktəbdəki abidəsi abidəsi önünə çiçəklər qoymuşlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri